Azərbaycanda kpronavirusa yoluxmuş daha iki şəxs öldü (Rəsmi)

Azərbaycanda kpronavirusa yoluxmuş daha iki şəxs öldü (Rəsmi)
  • Manşet / Olay

  • Azərbaycan Respublikasında kpronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

    Asiya.az
    xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olmuş, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.

    Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

    Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.
    PAYLAŞ:

    Oxşar xəbərlər