Koronavirusa qalib gələ biləcək dərmanların adları - Avstraliya nəticələri açıqladı

Koronavirusa qalib gələ biləcək dərmanların adları - Avstraliya nəticələri açıqladı
  • Dünya

  • Avropada 3200 xəstə üzərində sınaqdan keçirilən iki effektli dərmanın "Remdesivir” və "Xloroxin” (Chloroquin) olduğu bildirilir. Almaniyada uğur qazanan "Remdesivir”ə Ümumdünya Səhiyyə Təşkilatının qəbuluna ayın sonunda müsbət rəy verəcəyi gözlənilir.

    Asiya.az
    bizimyol.info-ya istinadən xəbər verir ki, virus daşıyıcısı sayı 100 mini keçən Almaniyada ölüm faizi yüksək deyil və daha aşağı düşməsi ehtimal olunur. Bu ölkədə karantin qaydalarının yumşaldılması müzakirə olunarkən Avstriya bəzi mağazaların fəaliyyətinin bərpasına qərar verib. Həm intensiv terapiyadakı 40 mindən çox xəstəsi ilə lider olan Almaniyada, həm də bir çox başqa Avropa ölkəsində üç dərmandan istifadə edilir.

    INSERM adlı təşkilatın nəzarəti altında keçirilən tədqiqatda 3200 pasiyentin nəticələrinə nəzər yetirilib. Ən çox "Remdisivir”dən istifadə olunub. Bu dərman ebola xəstəliyi zamanı işlənib hazırlanmışdı. "Xloroxin” də öz effektini göstərib. Üçüncü dərman isə "Lopinavir”/"Ritonavir” kombinasiyası sayılır. Bu dərman QİÇS-ə səbəb olan HİV virusuna qarşı mübarizədə istifadə olunurdu.

    80 il əvvəl "Bayer” farmasevt şirkətinin istehsal etməyə başladığı "Xloroxin”in (bir çox mənbələrdə "Resoçin”) ölümcül koronavirus xəstələrinə müsbət təsiri özünü göstərib. "Biz laboratoriya və klinika təcrübəsində "Resoçin”in virusu necə məhv etdiyini görmüşük”, - "Bayer”in baş direktoru Vener Baumann belə deyib.

    Bildirilir ki, dərmandan intensiv dozalarda istifadə olunmalı, əvvəldən nəzərdə tutulan hədd keçilməməli, başqa təsirləri ehtimalı araşdırılmalıdır. Almaniya səhiyyə naziri Yens Span "Xloroxin” topladıqlarını gizlətməyib. "Bayer” də istehsalı artırmaq haqqında düşünür.

    ABŞ-ın "Gilead” şirkətinin istehsal etdiyi "Remdesivir” dünyanın 50-dən çox xəstəxanasında, o cümlədən, Almaniyanın üç böyük səhiyyə müəssisəsində həkimlərin sifarişi əsasında istifadə olunur. Bunların arasında ilk koronavirusa yoluxan almanın üz tutduğu Münhenin "Şvabinq” xəstəxanası da var. "Gilead”dan bildiriblər ki, lazım olarsa, dünyada hər kəsin bu dərmana əli çatması üçün bütün qüvvələri ilə çaışacaqlar.

    "Lopinavir”/"Ritonavir” kombinasiyasına indi daha çox ümid kimi baxılır. Çünki Çindəki təcrübə koronavirusa qarşı effekt verməyib. Bəzi mütəxəssislər bunu dərmanın gec istifadə olunması ilə əlaqələndirir. "Abbvie” şirkəti yenə də klinika təcrübələri üçün dəstəyini əsirgəmir.

    Həmçinin ötən gün Avstraliyanın tədqiqat qrupu açıqlama yayaraq "İvermectin" anti-parazit dərmanının koronavirusa qarşı effektli olduğunu bildirib. Xəstəlik əlamətləri üzə çıxdıqdan sonra tətbiq ediıən dərman artıq birinci dozadan sonra ilk 24 saatda aşkar nəticə verib. 48 saat ərzində isə xəstəliyin praktik olaraq geri çəkilməsi müşahidə olunub. Hazırda dərmanın effektli dozalarının müəyyən olunması istiqamətində işlər davam etdirilir. Qeyd edək ki, bu vaxta qədər "İvermectin" əsasən, beyində qurdu olan xəstələrə təyin edilirdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər