Koronavirusla bağlı Masallıda keçirilən xeyriyyə aksiyaları

Koronavirusla bağlı Masallıda keçirilən xeyriyyə aksiyaları
  • Sosial / Manşet

  • Bütün ərazilərdə imkansızlara pulsuz çörək paylanılacaq.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili Məşhur Məmmədov koronavirus epidemiyasının törətdiyi maddi çətinlikləri aradan qaldırmaq üçün deputat seçildiyi Masallı rayonunda “Yardımlaşaq” çağırışı edib.

    Həmin çağırışa Ərkivan qəsəbəsində yerləşən “Şahin” “Qala” marketlər və Bədəlan kəndində “Ruzi” market qoşularaq pulsuz çörək aksiyaları keçirib və hazırda keçirir.

    Redaksiyaya daxil olan məlumata görə, artıq digər masallılı deputatların təşəbbüsü ilə də rayonun bütün ərazilərində pulsuz çörək aksiyası keçirilməyə başlanılıb. Yuxarıda qeyd etdiyimiz kimi əsas təşəbbüsçü Məşhur Məmmədov olsa da digər deputatlar, eləcə də xeyriyyəçilər

    Akif Qarayev,
    Hacı Heybət (Yeddioymaq),
    Hacı Ramazan ((Köçəkli, Məmmədxanlı),
    Hacı Aydın (Böyük Kolatan),
    İlyas Nəbiyev (Təzəkənd),
    İlkin Məmmədov (Çaxırlı)


    yaşadığı ərazilərdə pulsuz çörək aksiyalarını öz üzərlərini götürüblər.

    Ərkivan qəsəbəsində bütün məhəllər üzrə imkansızları pulsuz çörəklə təmin etməyi iş adamı Qalib Məmmədov öz öhdəsinə götürüb.

    Hazırda hansı ərazilərdə pulsuz çörək verilir?

    Ərkivandakı 2 mağazada pulsuz çörək aksiyasından sonra Yeddioymaq Ərazi Dairəsindəki Qasımlı, Şıxlar, 1-2-ci Yeddioymaq, eləcə də Qızılağac, Viləş, Kosakül, Banbaşı, Çaxırlı, Binə və Böyük Xocavar kəndlərinin hər birinə hər gün imkansızlar üçün 100 çörək verilir. Yaxın günlərdə, bəzilərində isə sabahdan bu aksiya bütün rayon ərazisinin pulsuz çörək aksiyası əhatə edəcək.

    Məlumata görə, yeni seçilmiş Millət Vəkili Məşhur Məmmədov bu sahədə daha yüksək fəallıq göstərir, xeyriyyəçilərin qeyri-fəal olduğu ərazilərdə bu aksiyanın xərclərini özü ödəyir.
    Bundan əlavə Hüseyn Hüseynovdan aldığımız məlumata görə Yeddioymaq Ərazi Dairəsindən 70 ailəyə hər biri 35 manatlıq olmaqla ərzaq bağlamaları bağışlanıb.
    Ayın 7-dən başlayaraq Masallı şəhərində daha 1400 ailəyə ərzaq paylanılacaq.


    "AĞA market" mağazalar şəbəkəsinin xeyirxahlığı.

    Masallı şəhərinin mərkəzi küçələrində yerləşən “AĞA market” mağazalar şəbəkəsi də xeyriyyə aksiyasına qoşularaq hər gün imkansız ailələr üçün marketdə təmənnasız 50-100 çörək verilir.
    Mağazalar şəbəkəsinin rəhbəri Alxas Əşrəfovun bildirdiyinə görə keçən ay 100-ə yaxın aztəminatlı ailəyə ərzaq yardımı edilib. Yaxın günlər də bu aksiya davam etdiriləcək.

    Çörəyi ver çörəkçiyə...

    Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən (Sürücülük məktəbi ilə üzbəüz) Gülməmməd Şükürova məxsus çörək bişirmə sexində gün ərzində aztəminatlı ailələrə 200-300 ədəd çörək paylanılır. G.Şükürovun sözlərinə görə bu işdə ona iş adamı Mirmehdi Vahabov maddi köməklik göstərir. Onlar bişirdikləri çörəkləri öz sexlərində və tanıdıqları kasıb ailələrə ünvanlarında çatdırırlar. İş adamları bu aksiyanı koronavirus epidemiyası başa çatana qədər davam etdirməyi nəzərdə tuturlar.


    Boradigah. “Vəhdət” İB-nin üzvləri imkansızları 21 min manatlıq ərzaq payladı.


    Masallıdakı xeyriyyəçilik aksiyasına qoşulan Boradigah qəsəbəsindəki “Vəhdət” İB-nin üzvləri topladıqları vəsait hesabına 21 min manatlıq ərzaq paylayıblar. Onlar 350 ailəyə hər biri 60 manat olmaqla (cücə, ət, yaz və digər ərzaqlar) ehtiyaclı ailələrin qapısını döymüşlər. Yardımlar əsasən 3 koteqoriyadan olan ailələrə paylanıb.
    1. 65 yaşdan yuxarı olanlar.
    2. Koronovirusla bağlı iş yerlərini, müvəqqəti olaraq qazancını itirənlərə.
    3. Ailə başçısını itirən, tənha və imkansız qadınlara.


    Bədəlan. Çayqıraq nümunəsi. 22 ailəyə verilən ərzaq və nisyə dəftəriindən silinən borclar

    Rabil Abdinov öz feyzbuk profilində yazır: “Çayqıraq Mədəniyyət Fondu bir günlük kampaniya nəticəsində toplanan 720 manat vəsaitlə 22 ailəyə ərzaq yardımı etdi və 2 ailənin həm də ərzaq mağazasına olan borcları silindi. Ərzaq kimi hər bağlamaya 2 kq düyü, 2 litr yağ, 3 kq qənd, yarım kilo çay və 1 ədəd cücə daxil edildi və o 29 manata başa gəldi. Silinən hər bir borc isə 40 manat civarında idi. Yəni ümumilikdə ərzaqların alınmasına 640 və borcların silinməsinə 80 manat sərf edildi.
    Yardımları ayrı-ayrı şəxslərin deyil, kənddə yardılan fond adından və anonim formada təqdim edilməsi onu qəbul edənlərdə diskanfort yaratmamaq məqsədi daşıyırdı. Maddi yardım edənlərin özləri də ərzaq paylarının kimlərə verildiyini bilməyiblər. Virtaul təşkil edilən kampaniya bir sıra kəndlərdə və rayonlarda belə ayrı-ayrı insanların analoji təşəbbüsə qoşulmasına səbəb olub”.


    Jurnalistlər də xeyriyyə aksiyasına qoşuldular.


    Masallı Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədilə “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərovun, “Masallının səsi” internet qəzetinin baş redaktoru Mərhəmət Lələyevin, “Regiontv.az” saytının müxbiri Afər Cahangirovun və ictimai fəal Əli Məmmədlinin birlikdə təşkil etdiyi aksiyada əhaliyə 500-dən artıq tibbi maska paylanılıb.

    Əhalini təmənnasız tibbi maskalarla təmin etmək məqsədi ilə ictimai fəal Əli Məmmədlinin anası Nazilə Məmmədova evində 300-dən artıq tibbi maska tikib.
    Ərkivan qəsəbəsində dərzi fəaliyyəti ilə məşğul olan Fərqiyyə Məmmədova da öz təşəbbüsü ilə maska tikib ətrafda yaşayan insanlara paylayıb.

    .
    Arzu Bağırova və Fidan Abbaslı növbəti xeyriyyə aksiyası keçirtdi.

    Masallı rayonunda fəaliyyət göstərən, Fidan Abbaslının rəhbərlik etdiyi “Ümidim sənsən” İctimai Birliyi Arzu Bağırovanın rəhbər olduğu “Regional Hüquqi və İqtisadi maarifləndirmə” İctimai Birliyi ilə birlikdə Masallı rayonun Ərkivan qəsəbəsi və qonşu kəndlərdə 15 imkansız (Əsasən yaşı 65-dən yuxarı olanlar) ailəyə hər biri 30 manat miqdarında olan ərzaq bağlamaları paylayıb.

    İş adamlarındandan və QHT rəhbərlərindən töhvələr.

    Masallı rayon ərazisində xeyriyyəçilərin dəstəyi ilə əhaliyə pulsuz spirt, maska və əlcək paylanılır.
    Əhaliyə dəstək olanlar aşağıdakılardır:

    1. Məşhur Məmmədov – Millət vəkili – 4500 ədəd (100 ml) spirt, 4000 ədəd maska

    2. Laçın Sadıqzadə - iş adamı – 2000 ədəd əlcək, 1000 ədəd maska, 190 litr spirt

    3. Adil Quliyev – “Cənub-2000” MMC-nin rəhbəri – 1200 ədəd maska, 800 ədəd əlcək, 100 litr spirt və 50 ədəd (100 ml) spirt

    4. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai birliyinin rəhbəri Arzu Bağırova rayon ərazisində yaşayan Qarabağ əlilləri və Şəhid ailələrinə
    ümumilikdə 450 ədəd maska və 50 ədəd tibb çantası paylamışdır.

    Masallıda xeyirxah xanımların birlik yardımı.


    Masallı xanımları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlara tövsiyələrini əsas tutaraq “Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyasına başlamışlar.

    Əvvəlcə Şəfa Allahverdiyeva aksiyaya start verərək 5 ailənin hər birinə 16 manat dəyərində ərzaq yardımı göstərməyə başlamışdır. Sonra Dilbər İbayeva 1 ailəyə 50 manat dəyərində ərzaq yardımı göstərmişdir. Beləliklə xanımların nəcib və xeyirxah aksiyasına qoşulan xanımların sayı günü-gündən artmaqdadır. Artıq Məhbubə Şahbazova, Mehriban Əkbərova, Aynur QardaşovaElfanə Süleymanovada aksiyaya qoşulduqlarını elan edərək silsilə şəkildə imkansız ailələrə ərzaq yardımı götərəcəklərini bildirmişlər. //Cenub.az
    PAYLAŞ:

    Oxşar xəbərlər