Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edən siyasi və ictimai xadimlər (SİYAHI)

Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edən siyasi və ictimai xadimlər (SİYAHI)
  • Cəmiyyət, Manşet

  • 6 aprel 2020-ci il saat 13.10-a olan sonuncu məlumata görə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 109 milyon 198 min 984 manat daxil olub.

    Asiya.az
    sfera.az-a istinadən xəbər verir ki, bu məbləğin 20 milyon manatı Prezidentin ehtiyat fondundan, qalan hissələri müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən köçürülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqını ( 126 900 manat) məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bir illik əməkhaqqını (101 700 manat_ məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

    Azərbaycan Prezidentinin çağırışına Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edənlərlə bağlı məlumatı təqdim edirik:

    Koronavirusla Mübarizəyə Dəstək Fonduna Heydər Əliyev Fondu 500 000 , Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 250 818, Milli Məclisin rəhbərliyi, komitələr, Parlament Aparatının və İşlər idarəsinin kollektivləri 250 000 , Azərbaycan Respublikasının Baş Prokurorluğu 712 000, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 650 000 manat və s dövlət və özəl qurumlar ianə edib.

    Eyni zamanda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov 10 000 manat, Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov 10 000 manat, Prezidentin köməkçisi Şahmar Mövsümov 1000 manat, Birinci vitse-prezidenti köməkçisi Xalid Əhədov 3000 manat , Baş nazirin müavini Yaqub Eyyubov 9000 manat, Baş nazirin müavini Əli Əhmədov 2820 manat, Baş nazirin müavini Şahin Mustafayev 3 090 manat, , Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 5000 manat, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 3 951 manat, Mədəniyyət naziri Əbülfəz Qarayev 5000 manat, Təhsil naziri Ceyhun Bayramov 10 000 manat, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov 10 000 manat, Dövlət Miqrasiya Xidmətini rəisi Vüsal Hüseynov 3 000 manat, , Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 10 460 manat, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 10 000 manat, , Müdafiə Sənayesi naziri Mədət Quliyev 17 165 manat, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 10 460 manat, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov 2316 manat, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2500 manat, Prezident yanında Ali Attestasiya Komissiyasının sədri Famil Musatafayev 2687 manat, Nazirlər Kabineti Aparatının şobə müdiri Feyruz Mustafayev 2000 manat, Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov 1000 manat, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev 2000 manat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli 1000 manat, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev 3200 manat, Təhsil nazirinin müavini Firudin Qurbanov 1500 manat, Vyana Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova 5 000 manat, Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev 1500 manat, Gəncə şəhər icra başçısı Niyazi Bayramov 1000 manat, Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 1865 manat, Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov 3000 manat, Cəlilabad rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov 1550 manat, Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev 2000 manat, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 2000 manat, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə 2000 manat, Baş nazirin keçmiş müavini İsmət Abasov 5000 manat, Baş nazirin keçmiş müavini Hacıbala Abutalıbov 37 200 manat, keçmiş nəqliyyat naziri Ziya Məmmədov 2000 manat, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 4500 manat, iş adamı İskəndər Mirzəyev 10000 manat, iş adamı Cəlal Paşayev 100 000 manat, iş adamı Mir Camal Paşayev 100 000 manat, Xalq artisti Alim Qasımov 1500 manat, Dillər Universitetinin rektoru Kamal Abdulla 1700 manat, Xalq artisti Röya Ayxan 10 000 manat, Xalq artisti Mənsum İbrahimov 1000 manat, Xoşqədəm Baxşəliyeva 1000 manat, Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bül-Bül oğlu 10 000 manat, Bakı Ali Neft "Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov 20 000 manat, Milli Qəhraman general-mayor Mais Barxudarov 2030 manat və s şəxslər Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.

    Hazırda ianələr davam edir.

    Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər