Azərbaycanın istehsal etdiyi tibbi maskalar nə vaxt satışa çıxarılacaq? - RƏSMİ

Azərbaycanın istehsal etdiyi tibbi maskalar nə vaxt satışa çıxarılacaq? - RƏSMİ
  • Sosial, Müsahibə

  • Sumqayıtdakı tibbi maskaların istehsalı zavodunun işə salınması daxili tələbatı tam ödəyəcək.

    Asiya.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

    Onun sözlərinə görə, bu günədək bu məhsullar ölkəyə idxal olunurdusa, artıq yerli istehsalın işə salınması idxaldan asılılığı aradan qaldıracaq.

    "Bildiyiniz kimi, baş verən hadisə ilə bağlı bir çox xarici dövlətlər tibbi ləvazimatların və maskaların ixracını qadağan ediblər. Ölkə başçısı tərəfindən Azərbaycan xalqının sağlamlığı və rifahı istiqamətində görülən tədbirlər nəticəsində, həmçinin sahibkarlara göstərilən dəstək ölkədə belə bir istehsalın qısa bir zamanda təşkilində zəmin yaratdı", - deyə nazir müavini qeyd edib.

    Nazir müavini onu da əlavə edib ki, müəssisədə istehsal olunan tibbi maskalar gələn həftədən etibarən satışa çıxarılacaq. (anews)
    PAYLAŞ:

    Oxşar xəbərlər