Masallıda 1400 nəfər insana ərzaq paylanıb - FOTOLAR

Masallıda 1400 nəfər insana ərzaq paylanıb - FOTOLAR
  • Sosial, Manşet

  • Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq, Masallı rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində davamlı olaraq sanitar-profilaktik tədbirlər həyata keçirilir, mobil qruplar tərəfindən maarifləndirmə işləri davam etdirilir.

    Asiya.az
    xəbə verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə virusa yoluxma hallarına qarşı mübarizə məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq Masallı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatı, Milli Məclisin yeni seçilmiş deputatları - Məşhur MəmmədovAnar İsgəndərov bundan əvvəlki günlərdə keçirilən ənənəvi humanitar aksiyanı davam etdirərək, növbəti dəfə aprelin 7-də 1400 nəfər rayon sakininə yardım aksiyasını davam etdiriblər.

    Qeyd edək ki, xeyriyyə kampaniyası koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydalarına əməl olunması və “Evdə qal!” çağrışının təmin olunması üçün təşkil olunub.

    Ərzaq yardımlarının paylanmasında Masallı RİH başçısı Şahin Məmmədov şəxsən iştirak edib.

    Belə ki, xeyirxah aksiya çərçivəsində Masallı şəhər, kənd və qəsəbələri üzrə müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha və imkansız şəxslərə tələbata uyğun bir neçə həftəlik müxtəlif ərzaq məhsullarından ibarət yardım sovqatları onların öz evlərindəı paylanıb. Aksiya zamanı həmçinin onlara yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı qorunmaları və evdə qalmaları barədə izahlar verilib.
    Masallıda 1400 nəfər insana ərzaq paylanıb - FOTOLAR
    Masallıda 1400 nəfər insana ərzaq paylanıb - FOTOLAR
    Masallıda 1400 nəfər insana ərzaq paylanıb - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər