Yayın istisi koronavirusun yayılmasının qarşısını alacaqmı? (ARAŞDIRMA)

Yayın istisi koronavirusun yayılmasının qarşısını alacaqmı? (ARAŞDIRMA)
  • Maraqlı, Araşdırma

  • Alimlər isti havanın koronavirusla mübarizədə nə dərəcədə önəmli olduğunu araşdırıblar.

    Asiya.az
    "Report”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın "The Guardian” nəşri yazıb.

    Araşdırmaların nəticələrinə həsr olunan məqalədə qeyd olunub ki, yaxın vaxtlarda isti günlər başlayacaq və, proqnozlara əsasən, bəzi bölgələrdə istilik 20 dərəcəyədək yüksələcək. Bildirilib ki, isti hava ümumi karantinin tətbiq edildiyi Böyük Britaniyaya nəfəsini dərməyə imkan yaradacaq, vəziyyəti nəzarət almaq istəyən hökumətin işini isə çətinləşdirəcək.

    Alimlərə görə, yazın gəlişinin koronavirusun isti havaya necə reaksiya verəcəyini bilmək üçün onun xüsusiyyətlərinin araşdırılmasında yardımçı ola bilər. Epidemiyalar adətən baharın gəlişi ilə bitirlər. Günəş işığı koronavirus və onun yayılmasına eyni cür təsir edə bilərmi? Bu, çox vacib sualdır və epidemioloqlar istənilən dəyişikliyi diqqətlə izləyəcəklər.
    PAYLAŞ:

    Oxşar xəbərlər