Azərbaycanda bir məhbusa gündə nə qədər pul xərclənir?

Azərbaycanda bir məhbusa gündə nə qədər pul xərclənir?
  • İQTİSADİYYAT, Manşet

  • Avropa Şurası Azərbaycanda bir məhbusa bir gündə xərclənən pulu hesablayıb.

    Məlum olub ki, Azərbaycanın həbsxana sisteminin büdcəsi 47 mln avrodur, hər bir məhkumun gündəlik xərci 5,9 avro təşkil edir

    2018-ci ildə müvafiq məlumat verə bilən 43 Avropa ölkəsinin həbsxana büdcəsi 26 milyard avro olub.

    Ən böyük həbsxana büdcəsi Rusiyadadır (3,5 milyard avro).

    Bu məlumatlar Lozanna Universitetinin (İsveçrə) Avropa Şurası üçün hazırladığı illik hesabatda yer alıb.

    Həbsxana büdcəsi baxımından Rusiyadan sonra Almaniya (3,2 milyard avro), İtaliya (2,8 milyard avro) və Fransa (2,7 milyard avro) gəlir.

    Məlumata görə, Azərbaycanın həbsxana sisteminin büdcəsi 47,1 mln avro təşkil edir. Türkiyədə bu göstərisi 1,18 mlrd, Ermənistda 15,1 mln avrodur.

    Rusiyada bir məhbus üçün gündəlik xərclər hesabata daxil olan bütün ölkələr arasında ən kiçikdir: ortalama Avropa göstəricisi 68,3 avro olan halda Rusiyada bu göstərisi bir gündə 2,4 avrodur. Bu göstəriciyə görə Azərbaycan yalnız Rusiya və Bolqarıstanı (5,7 avro) qabaqlayır - 5,9 avro. Ermənistanda bu rəqəm 13,5 avrodur.

    Lüksemburq hər bir məhbusa ən çox pul xərcləyən ölkə olaraq qalır - bir gündə 1.000 avrodan çox və bu göstərici o qədər yüksək olub ki, orta Avropa göstəricisi hesablanarkən bu ölkənin nəticələri hesablanbayıb (orta göstəriciyə çox təsir etdiyinə görə.



    Hesabata görə, Azərbaycanda həbsxanalarda olanların sayı 21 926 nəfərdir (hər 100 000 nəfərə ortalama 218.2 məhkum). Bu göstəricilərə görə Rusiya ənənəvi olaraq Avropa Şurasına üzv ölkələr arasında birinci yerdədir – 561 857/386.1 nəfər.

    Türkiyədə bu göstərici 269 806/329 nəfər, Gürcüstanda 10 042/269.7 nəfər, Ermənistan da isə 2 666/76.4 nəfərdir.

    Orta hesabla, Avropada hər 100 min nəfərə 106 məhbus və ya 943 nəfərə bir məhkum var.

    Məhkumların sayına görə liderlər sırasında yer alan digər ölkələr İngiltərə və Uels birlikdə (82,2 min, Şotlandiya və Şimali İrlandiyada ayrıca həbsxana sistemi var), Polşa (72,2 min) .) və Fransadır (70 min).

    Hesabata görə, on il ərzində (2009-2019-cu illər) Türkiyədə məhbusların sayı iki dəfədən çox, Lixtenşteyndə - 59%, Albaniyada - 21% artmışdır.

    Azərbaycanda 2019-cu ildə on il əvvəlkindən 5.2 % daha az məhbus var. Rusiyada – 36.2%, Ermənistanda - 38% Gürcüstandan da isə bu say 40.3% azalıb.

    Nizami Bağırov
    PAYLAŞ:

    Oxşar xəbərlər