190 manat üçün müraciət və cavab: “Uyğun məlumat tapılmadı...”

190 manat üçün müraciət və cavab: “Uyğun məlumat tapılmadı...”
  • Sosial

  • "Sistemdə müraciətlərlə bağlı yüklənmə var".

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı işsiz vətəndaşların e-sosial.az saytına daxil ola bilməməsi ilə bağlı yaranan narazılığa aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, yaranan problem qısa zamanda aradan qaldırılacaq:

    "Vətəndaşlar səbrlə sistemə girməyə cəhd etsinlər. Əgər bu gün bölgü üzrə təyin olunan rayonların vətəndaşları qeytiyyatdan keçə bilməsələr, onlar aprel ayının 12-dən sonra məhdudiyyətsiz müraciət edə biləcəklər".

    Fazil Talıblı onu da bildirib ki, vətəndaşların müraciəti xüsusi karantin müddəti boyunca davam edəcək.

    Qeyd edək ki, 190 manatlıq yardım üçün müraciət edən şəxslərin çoxuna sistemdən gələn "uyğun məlumat tapılmadı” cavabı vətəndaşların narahatlığına səbəb olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər