İqbal Ağazadə şəhid və qazi ailələrinə ərzaq payladı - FOTO

İqbal Ağazadə şəhid və qazi ailələrinə ərzaq payladı - FOTO
  • Sosial

  • Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycanda karantin rejimi olduğu bir vaxtda xeyirxah addım atıb.

    Asiya.az
    xəbər verir ki, İqbal Ağazadənin təşəbbüsü və təşkilatçılığı ilə bir müddət əvvəl deputatlığa namizəd olduğu Xətai rayonu ərazisində yaşayan imkansız, şəhid və qazi ailələrinə ərzaq paylanılır.

    Müxalifət partiyasının rəhbəri tərəfindən bu, həm də koronavirusla mübarizədə dövlətin çağırışına bir dəstəkdir. İ. Ağazadə bununla sübut edir ki, ümumi problemlərlə mübarizədə siyasi mövqelər bir kənara qoyulmalıdır.

    Qeyd edək ki, ərzaq yardımı alan ailələr İ. Ağazadəyə bu nəcib addımına görə minnətdarlıq ediblər.

    İqbal Ağazadə şəhid və qazi ailələrinə ərzaq payladı - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər