“Bank hesablarına sərəncam qoyulmuş sahibkarlara dövlət kömək edəcək”- Video

“Bank hesablarına sərəncam qoyulmuş sahibkarlara dövlət kömək edəcək”- Video
  • İqtisadiyyat / Asiya TV

  • “Bu gün həmin sahibkar maliyyə dəstəyindən rahat istifadə edə bilsin deyə, banklara göstəriş veriləcək ki, sanksiyalar götürülsün. Bu vəsait orada bloklanmış şəkildə qalmasın”.

    Asiya.az
    xəbər verir ki, bunu “Real” TV-yə müsahibəsində İqtisadiyyat Nazirliyinin İqtisadi Siyasət Şöbəsinin müdir əvəzi Elvin Camalov deyib.

    Onun sözlərinə görə, bəzi sahibkarlar məcburi dövlət ödənişləri, vergi və sosial sığorta ödənişlərini ödəmədikləri üçün bank hesablarına sanksiyalar qoyulub.

    E.Camalov 20 fəaliyyət növü üzrə pandemiyanın təsir dairəsindən zərər çəkmiş sektorlarla bağlı məsələdən də danışıb.

    O bildirib ki, bu fəaliyyət növünə sənaye sektoru üzrə istehsal da aiddir:

    “Ərzaq, dərman vasitələri, tütün və spirtli içkilərin istehsalı istisna olunur. Çünki pandemiyanın təsir dairəsində onlara tələbat elə də aşağı düşmür.

    Ticarət və ictimai iaşə xidmətlər sektorudur. Bura tur-operatorlarımız, mehmanxana və hotel tipli yerləşdirilmə vasitələrimiz, hazırlıq kursları, uşaq hazırlıq mərkəzləri, eyni zamanda, sərnişindaşıma və taksi fəaliyyəti də daxildir”.

    PAYLAŞ:

    Oxşar xəbərlər