Bu islam təşkilatı koronavirusu 36 ölkəyə belə yayıb... (EKSPERT)

Bu islam təşkilatı koronavirusu 36 ölkəyə belə yayıb... (EKSPERT)
  • Dünya

  • "Təbliği camaat”ın keçirdiyi toplantıya qatılan iştirakçıdan 10 nəfəri koronavirusdan vəfat edib".

    Bunu Qaynarinfo-ya politoloq Elxan Şahinoğlu koronavirusun yayılmasında "Təbliği camaat” təşkilatının rolundan danışarkən deyib. Politoloq həmin toplantıda iştirak edən xarici qonaqlarınsa virusu təxminən 67 ölkəyə yaydığını qeyd edib:

    "Hindistanda koronavirusa yoluxanların sayı Avropa ölkələrindəki qədər çox olmasa da, ölkə əhalisinin sayı Dehlidən virusla mübarizədə tədbirləri sərtləşdirməyi diqtə edir. Hindistanda ən böyük yoluxma halı martın 31-də qeydə alıb. Həmin tarixdə "Təbliği camaat”ın 2 min üzvü təşkilatın mənzil qərargahında toplanıb. Halbuki Hindistan hökuməti bütün toplantıları qadağan etmişdi. Nəticədə həmin toplantıya qatılanların 40 faizində koronavirus aşkarlanıb. Təşkilatın bundan bir neçə gün əvvəlki toplantısında isə 8 min nəfər iştirak edib. Toplantıda təşkilatın xarici ölkələrdəki iki minə yaxın nümayəndəsi də olub. Həmin toplantıya qatılan iştirakçıdan 10 nəfəri daha sonra koronavirusdan vəfat edib. Həmin toplantıda iştirak edən xarici qonaqlar isə virusu təxminən 67 ölkəyə yayıblar. Halbuki, Hindistanda 50 nəfərdən çox insanın bir yerə toplaşması qadağan edilib. Hazırda Hindistan polisi bu toplantılarda iştirak edənləri axtarır ki, onlar karantinə alınsın və başqalarını xəstəliyə yoluxdurmasınlar. "Təbliği camaat” təşkilatının toplantıları ilə əlaqədar təxminən 21 min nəfər karantin altına alınıb. Təşkilatın liderinə qarşı cinayət işi açılıb".

    Elxan Şahinoğlu bildirib ki, "Təbliği camaat” təşkilatının Pakistanda da xeyli ardıcılı var:

    "Bu təşkilat eyni toplantılarını karantin müddətində Pakistanın da müxtəlif şəhərlərində keçirib. Pakistandakı toplantılarda on minlərlə insan iştirak edib. Daha sonra həmin toplantı iştirakçıları Pakistanın bütün əyalətlərinə geri qayıdıblar. Pakistan polisi eyni ilə Hindistan polisi kimi karatin müddətində toplantılarda itşirak edənləri müəyyənləşdirməyə çalışır. Pakistandakı toplantılarda iştirak edənlərin 154 nəfərində koronavirus aşkarlanıb. Pakistanda martın sonunda "Təbliği camaat”ın bütün məscidləri və mərkəzləri bağlanıb. "Təbliği camaat” təşkilatı 1926-cı ildə Hindistanda Məhəmməd İlyas tərəfindən yaranıb. Təşkilatın məqsədi özlərinin təbirincə desək, İslam dininin doğru təbliğ edilməsidir. "Təbliği camaat” siyasətə qarışmadığını və terroru rədd etsə də, bu təşkilat müxtəlif dövlətlərdə qadağan edilib. Bu sırada Rusiya və Mərkəzi Asiya dövlətlərinin adını çəkmək olar. Misal üçün Rusiya Federal Təhlükəsizlik Xidməti bu ilin fevral ayında keçirdiyi əməliyyat zamanı "Təbliği camaat” təşkilatının yeddi üzvünü saxlayıb. Moskva bölgəsində saxlanılanlardan altısı Qırğızıstan, biri isə Rusiya vətəndaşı olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, saxlanılan şəxslər qruplaşmaya yeni üzvlər cəlb edərək onlarla "ideoloji maarifləndirmə” işi aparıblar. Həmin şəxslər sonradan Əfqanıstan və Pakistandakı təlim düşərgələrinə göndərilib".

    Politoloq qeyd edib ki, "Təbliği camaat” təşkilatının məqsədi Rusiyada xialafət yaratmaq olub:

    "Qırğızıstanda "Təbliği camaat”ın 20 minə yaxın tərəfdarı var. Maraqlıdır, Qırğızıstan Mərkəzi Asiya ölkələrindən yeganəsidir ki, "Təbliği camaat” təşkilatının fəaliyyətini qadağan etməyib. Yeri gəlmişkən, Türkiyənin çağırışlarına baxmayaraq, Qırğızıstanda Fətullah Gülən şəbəkəsinə bağlı mərkəzlərin fəaliyyəti də qadağan edilməyib. "Təbliği camaat” təşkilatının Pakistan və Banqladeşdə hər il oktyabr ayında keçirdiyi toplantılara milyonlarla insan qatılır. Toplantıda alınan qərarların daha sonra digər dövlətlərə yayılmasına çalışılır. Bu zaman həmin qərarların yerlərdə icra edilməsi dövlətlərin qanunlarına zidd olur. Buna görə də təşkilatın fəaliyyətini qadağan edən ölkələrin sayı artır".
    PAYLAŞ:

    Oxşar xəbərlər