Sumqayıtda iki qardaş metil spirtindən zəhərlənərək ölüb

Sumqayıtda iki qardaş metil spirtindən zəhərlənərək ölüb
  • Olay

  • Sumqayıtda iki qardaş içdikləri spirtdən zəhərlənərək ölüb.

    Asiya.az
    xəbər verir ki, şəhərin 8-ci mikrorayon sakinləri olan qardaşlar – 1972-ci il təvəllüdlü Smirnov İqor Mixayloviç və 1982-ci il təvəllüdlü Smirnov Nikolay Mixayloviç axşam saatlarında aldıqları metil spirtini içiblər. Bir müddət sonra hər ikisinin vəziyyəti ağırlaşıb.

    Həkimlərin səylərinə baxmayaraq, hər iki qardaş spirtin təsirindən ölüb. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər