Azərbaycanda ana və oğlu güllələnərək öldürüldü

Azərbaycanda ana və oğlu güllələnərək öldürüldü
  • Hadisə

  • Şabran rayonunda qətl hadisəsi qeydə alınıb.

    Asiya.az
    xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zeyvə kəndində baş verib.

    Kənd sakini, 1986-cı il təvəllüdlü İslamov Nahid Eynulla oğlu kənd sakinləri -1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu güllələyərək qətlə yetirib.

    Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma davam edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər