“Ərkivan Xeyriyyə Cəmiyyəti” ilk xeyriyyə aksiyasını keçirdi – VİDEO/FOTOLAR

“Ərkivan Xeyriyyə Cəmiyyəti” ilk xeyriyyə aksiyasını keçirdi – VİDEO/FOTOLAR
  • Sosial, Araşdırma, Asiya TV

  • “Ərkivan Xeyriyyə Cəmiyyəti” bu gün “Biz birlikdə güclüyük” devizi altında ilk xeyriyyə aksiyasını keçirib.

    Asiya.az
    xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarından sonra 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Anar İsgəndərov epidemiyanın yaratdığı maddi çətinlikləri aradan qaldırmaq məqsədi ilə Masallı sakinlərinə “Hər ərazi üzrə fəallardan ibarət xeyriyyə icmaları yaradılmalıdır” məzmunlu müraciət edib.

    Bu müraciətdən sonra tanınmış ziyalı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin mənəvi dəstəyi ilə Ərkivan qəsəbəsinin bir qrup fəal sakini “Ərkivan Xeyriyyə Cəmiyyəti” adlı yeni icma təsis ediblər.

    İcmaya ilk yardımı da məhz Əliməmməd Nuriyev, Millət vəkilləri Anar İsgəndərovMəşhur Məmmədov edib.

    (Maddi yardım edənlərin tam siyahısı və hesabatı “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin feyzbuk səhifəsində yayımlanıb)

    “Ərkivan Xeyriyyə Cəmiyyəti”-ndən Asiya.az-a verilən məlumata görə “Biz birlikdə güclüyük” devizi altında keçirilən ilk xeyriyyə aksiyası zamanı Ərkivan qəsəbəsinin bütün məhəllələrini əhatə etməklə qəsəbədə yaşayan 50 aztəminatlı ailəyə ərzaq yardımı verilib.

    Cəmiyyətin könüllüləri, həmçinin yardım payı verilən imkansız ailələr arasında marifləndirmə apararaq onları “Evdə qal” aksiyasına əməl etməyə çağırıblar.


    DİQQƏT! “Ərkivan Xeyriyyə Cəmiyyəti” yardım payı verilən aztəminatlı ailələri utandırmamaq məqsədilə onların foto və video görüntülərini yayımlamır!

    “Ərkivan Xeyriyyə Cəmiyyəti” ilk xeyriyyə aksiyasını keçirdi – VİDEO/FOTOLAR
    “Ərkivan Xeyriyyə Cəmiyyəti” ilk xeyriyyə aksiyasını keçirdi – VİDEO/FOTOLAR
    “Ərkivan Xeyriyyə Cəmiyyəti” ilk xeyriyyə aksiyasını keçirdi – VİDEO/FOTOLAR
    “Ərkivan Xeyriyyə Cəmiyyəti” ilk xeyriyyə aksiyasını keçirdi – VİDEO/FOTOLAR
    “Ərkivan Xeyriyyə Cəmiyyəti” ilk xeyriyyə aksiyasını keçirdi – VİDEO/FOTOLAR
    “Ərkivan Xeyriyyə Cəmiyyəti” ilk xeyriyyə aksiyasını keçirdi – VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər