İki nəsil arasında kütləvi dava: gənc oğlan öldürüldü — VİDEO

İki nəsil arasında kütləvi dava: gənc oğlan öldürüldü —  VİDEO
  • Hadisə / Asiya TV

  • Azərbaycanda baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.

    Asiya.az
    xəbər verir ki, illər öncə Şamaxı rayonu,Dağ Bağırlı kəndi ərazisində iki nəsil arasında baş vermiş kütləvi dava zamanı kənd sakini Saleh Zeynalov ağacla döyülərək öldürülüb.İllər sonra cinayətin şok təfərrüatı məlum olub.

    İstintaq zamanı məlum olub ki, Elçin Qafarov və qohumu Tural Şamaxı rayonu Dağ Bağırlı kəndi ərazisindən keçib gedərkən yolu təmir edən fəhlələrə söyüş söyərək yoldan keçib.

    Həmin şəxs bazara gedib geri qayıdarkən yolda təmir işləri aparan fəhlələr maşını saxladaraq dava ediblər.Fəhlələrdən Vüqar Məcidov və Xəyyam Zeynalov maşının sürücsü Elçin Qafarovu tutaraq şüşədən çıxarıb.Daha sonra Elçin Qafarov və yaxın qohumu maşına oturaraq ərazidən qaçıb.

    Bir qədər getdikdən sonra yolda maşının benzini qurtarıb. Bu zaman Elçin qarşı tərəfdən bayaq dava etdikləri fəhlələrin ailə üzvlərinin avtomobillə gəldiyini görüb. Elçin Saleh Zeynalovu və anası Şəfiqə Zeynalovanı maşından düşürərək təhqir edib. Daha sonra tərəflər arasında kütləvi dava düşüb. Davaya hər iki tərəfin qohumları da qoşulub. 40 nəfər arasında baş vermiş davada Saleh Zeynalov başından alınan zərbədən ölüb.

    Hadisə ilə bağlı Elçin Qafarov və əmisi Həbib Qafarov həbs olunub. Şahidlərin sözlərinə görə kütləvi dava zamanı Saleh Zeynalovu Elçin və Həbib Qafarovlar öldürüb.

    Bu ölümdən sonra qarşı tərəfin qohumları hücum edərək Qafarovları kənddən qovub.

    Qətlin təfərrüatı və görüntüləri ilə bağlı vidoenu təqdim edirik:


    PAYLAŞ:

    Oxşar xəbərlər