Azxeber.com 10 yaşını qeyd edir

Azxeber.com 10 yaşını qeyd edir
  • Cəmiyyət

  • Bu gün Azxeber.com informasiya portalının 10 yaşı tamam olur.

    Asiya.az
    xəbə verir ki, 2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy HeydərliƏfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

    Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.

    Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.

    Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.

    Belə ki, portalın rəsmi "facebook” səhifəsini 600 min, instagram-da isə 480 mindən çox insan bəyənib.

    Eyni zamanda portalın "Tvitter”, "Youtube” və "Telegram” sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabı mövcuddur.

    Biz də "Asiya.az" xəbər portalı olaraq "Azxeber.com" informasiya portalını 10 yaşı tamam olması münasibəti ilə təbrik edirik! İşlərində daim uğur arzu edirik!
    PAYLAŞ:

    Oxşar xəbərlər