Mübariz Mənsimov xəstəxanaya yerləşdirilib?

Mübariz Mənsimov xəstəxanaya yerləşdirilib?
  • Cəmiyyət / Manşet

  • Palmali şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun xəstəxanaya yerləşdirilməsi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir...

    Asiya.az
    xəbər verir ki, bu barədə Pravda.az-a Palmali şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.

    F.Quliyeva bildirib ki, Mübariz Mənsimov keçirdiyi sonuncu cərrahiyyə əməliyyatından sonra yarası iltihab bağlayıb:

    "Bu, onun həbsxanada vaxtında və düzgün müalicə almamasının, həmçinin sağlamlığının bərpası məqsədi ilə lazımi tədbirlərin görülməməsinin nəticəsidir. Məlumatı Mübariz Məmsimovun hüquqlarını müdafiə edən vəkillər verib. Onlar bildirib ki, Mənsimovun xəstəxanaya yerləşdirilməsi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir. Bununla belə, vəkillər bütün mümkün hüquqi vasitələrdən istifadə edib Mübariz bəyin xəstəxanaya yerləşdirilməsi üçün səylərini əsirgəmirlər. Məlum olduğu kimi, Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmadan əvvəl Mübariz Mənsimov cərrahiyyə əməliyyatı keçirmişdi. Bundan sonra Mənsimovun müalicə alması və əməliyyat yerinin sağalması üçün bir sıra tibbi prosedurlar qəbul etməsi labüd idi. Həbsxanadaki şərait isə, müalicə üçün uyğun deyil. Əməliyyatdan sonra Mübariz Mənsimovun səhhəti dərman və müalicə almadığı üçün daha da pisləşməyə doğru gedir. Bununla əlaqədar vəkillər bütün aidiyyəti instansiyalara yazılı etirazlar bildirir, Mübariz Mənsimovun vaxtında və düzgün müalicəsinin həyata keçirilməsi və sağlamlığının bərpa edilməsi üçün bütün lazımı ünvanlara zəruri məlumatlar verirlər. Vəkillərin verdikləri xəbərə əsasən, hazırda Mübariz bəy saxlanılıb və ona qarşı irəli sürülən ittihamlar üzrə araşdırmalar davam edir. Vəkillər tərəfindən zəruri sənədlər və appellyasiya etirazları Türkiyənin ədliyyə orqanlarına təqdim edilib".
    PAYLAŞ:

    Oxşar xəbərlər