“Virusun ikinci pik həddi gözələnilir" - Rəşad Mahmudov

“Virusun ikinci pik həddi gözələnilir" - Rəşad Mahmudov
  • Sosial

  • İnsanlar aprelin 20-ni böyük ümidlə gözləsələr də, ilk görünən budur ki, karantin müddəti uzadılacaq...

    Hökumət rəsmiləri bununla bağlı ilk siqnalları verdilər.

    Əslində narahatlıq əsassız deyil, yoluxma sayında nisbi azalma müşahidə olunsa da, buna kəskin azalma demək mümkün deyil.

    Asiya.az xəbə verir ki, Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Bizimyol.info-ya bildirib ki, karantinin aradan qaldırılıb qaldırılmayacağına Operativ Qərargah qərar verəcək və virusun ikinci yayılma dalğası ehtimalı bütün dünyada gözləniləndir.

    “Dünya təcrübəsində və ölkələrin nümunəsindən göründüyü kimi, virusun ikinci hücumları və ya ikinci piklər olmaqdadır. Bunu nəzərə alaraq biz çox ehtiyatlı davranmalıyıq. Bildirmək istəyirəm ki, məsələ hələ bitmiş deyil. Bu virusun ikinci pik həddinə nə vaxt keçəcəyinə dair konkret məlumat yoxdur, ona görə əhali ehtiyatlı davranmağa davam etməlidir.

    Aprelin 20-dən sonra karantin rejimində hansısa yüngülləşmələrin olması və ya ləğvi məsələsi ancaq Operativ Qərargahın apardığı analiz və müzakirələrdən sonra məlum olacaq”,- deyə millət vəkili bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər