Masallıda yeni xeyriyyə icması təsis edildi

Masallıda yeni xeyriyyə icması təsis edildi
  • Cəmiyyət / Manşet

  • Masallı rayonu Bədəlan kənd sakinləri “Bədəlan Xeyriyyə Cəmiyyəti” adlı öz kənd icmalarını təsis ediblər.

    71 saylı Masallı kənd seçki dairəsinin deputatı Anar İsgəndərovun bir həftə öncə koronavirus epidemiyasının yaratdığı çətinliklərlə əlaqədar “Asiya.az” xəbər portalı vasitəsilə seçicilərinə müraciət etmişdi. “Hər kənd üzrə fəallardan ibarət xeyriyyə icmaları yaradılmalıdır” məzmunlu həmin müraciətdən sonra bir həftə ərzində rayonda artıq 3-cü xeyriyyə icması təsis edildi.

    Yeni təsis edilən icmanın idarə heyətinin, Rzayev Sabir Rəfiq oğlu, Rzayev Amin İlqar oğlu, Xəlilov Vüqar Qədiməli oğlu, Məmmədzadə Ənvər Vüqar oğlu, Həsənov Elfaq Müqəddəs oğlu, Məcidov Elvin Bayraməli oğluMəcidov Famil Yaşar oğlundan ibarət 7 üzvü var.

    15 aprel 2020-ci il tarixində idarə heyəti ilk iclasını keçirərək icmaya “Bədəlan Xeyriyyə Cəmiyyəti” adını veriblər. Həmin iclas zamanı Famil Məcidov səs çoxluğu ilə “Bədəlan Xeyriyyə Cəmiyyəti”-nə sədr seçilib.

    Sonra icmanın idarə heyəti görəcəkləri işlər, icmanın vəzifələrinin nədən ibarət olacağını müzakirə ediblər.

    İcma ilə bağlı sualı, təklifi olanlar +994516120802 nömrəsilə əlaqə saxlaya bilərlər.

    Xatırladaq ki, Millət vəkili Anar İsgəndərovun məlum çağırışından sonra tez bir zamanda Ərkivan qəsəbəsində “Ərkivan Xeyriyyə Cəmiyyəti”, Masallı şəhərində “Masallı Şəhər Xeyriyyə Cəmiyyəti” adlı icmalar yaradılıb
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər