"Barselona"dan Neymarın transferi ilə bağlı yeni qərar

"Barselona"dan Neymarın transferi ilə bağlı yeni qərar
  • İdman

  • "Barselona" PSJ-nin futbolçusu Neymarı transfer etmək fikrindən danışıb.

    Asiya.az
    "Catalunya Radio"ya istinadən xəbər verir ki, Kataloniya klubu koronavirus səbəbindən yaranan maliyyə problemləri səbəbindən braziliyalı hücumçunu almağı düşünmür.

    Bildirilib ki, La Liqa təmsilçisi hücum xətti üçün axtarışlarını davam etdirir. Klubun "İnter"dən Lautaro Martinezlə maraqlandığı vurğulanıb.

    Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avroya "Barselona"dan PSJ-yə transfer olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər