Lənkəranda inanılmaz “BÜDCƏ QƏNAƏTİ”: Dirəklərdə lampa əvəzinə vedrə asıblar

Lənkəranda inanılmaz “BÜDCƏ QƏNAƏTİ”: Dirəklərdə lampa əvəzinə vedrə asıblar
  • Araşdırma / İqtisadiyyat

  • Azərbaycanda yerli məmurların büdcə vəsaitlərini təyinatı üzrə xərcləmədiklərinə dair daha bir kuryoz fakt aşkarlanıb.

    Asiya.az
    Yenicag.az-a istinadən xəbər verir ki, Lənkaran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Dram Teatrının arxasındakı elektrik dirəyində quraşdırılmış lampaları sökərək, onların yerinə rənglənmiş vedrələr asıblar.

    Maraqlıdır ki, “ekzotik təfəkkürlü” yerli məmurlar verdrələri “qeyri-adi görünüş” üçün yox, böyük ehtimalla, “büdcəyə qənaət” məqsədilə, həm də çox “səliqəli” qaydada dirəyə quraşdırıblar.

    Məmurların öz fantaziyalarını bu qədər boş buraxmalarının tək səbəbi var: Büdcədən ayrılan vəsaitlə bir dirək lampasının əvəzinə çox sayda vedrə almaq və asmaq mümkündür.
    PAYLAŞ:

    Oxşar xəbərlər