Zərdabın əlil sakini İcra başçısından şikayət edir - FOTO

Zərdabın əlil sakini İcra başçısından şikayət edir - FOTO
  • Sosial / Araşdırma

  • “Mərdan Camalov Zərdaba icra başçısı vəzifəsinə təyin olunandan ancaq rayonun mərkəzində gözə soxmaq üçün 10-15 ağac əkməklə, 2 sm qalınlığında olan asfalt örtüyü çəkdirməkdən ibarət olmuşdur. Kəndlər isə yaddan çıxıb nəzər salan yoxdur. Nəticədə də kənd sakinləri zülm çəkir şikayətlərinə baxan yoxdur”.

    Bu sözləri Zərdab rayonu Gödəkqobu kənd sakini 2-ci qrup əlil Eyvazov Sərdar Mənsim oğlu tərəfindən Asiya.az-a daxil olan şikayət məktubunda yazılıb.

    Şikayətçi yazır ki, “Mən Zərdab rayon İcra Hakimiyyəti başçısı Mərdan Camalovun vətəndaşların şikayətinə laqeyd yanaşmasından indiyə qədər rayonda heç bir iş görməməsindən şikayət edirəm.

    Sədi adlı qonşum qanunusz olaraq ümumi istifadədə olan yolumuzu bağlayıb və su kanalını torpaqlayaraq düzləmişdir. Onun bu qanuna zidd əməlləri barədə Zərdab rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciətlər etmişəm, qəbuluna getsəmdə məni qəbul etməyib. Müavini Pərvin Mahmudovanın qəbulunda olub bildirmişəm. Həmin vaxt icra hakimiyyəti başçısının müavini Pərvin Mahmudova Gödəkqobu kənd icra nümayəndəsinə və bələdiyyə sədrinə bu məsələnin yerində həll edilməsinə tapşırıq verdi. Ancaq üstündən müəyyən müddət keçməsinə baxmayaraq indiyə qədər heç bir tədbir görülməyib. Mən yenə icra başçısı Mərdan Camalova ərizə ilə müraciət etsəmdə cavab verməyib.

    Hazırda istifadə etməyə yolumuz yoxdur, sudan istifadə edə bilmirik. Qonşum Sədi bağladığı yolun üzərində su kanalının üstündə iri buynuzlu heyvanlarının saxlanması üçün böyük bir qəhər düzəltmişdir ki, nəticədə heyvanların sidiyi və peyni insanların istifadə etdiyi içməli suya tökülür. Bu isə insanların xəstələnməsinə gətirəcək, qarşısı alınmaz bir epidemiyaya səbəb olacaq. Sədinin qanunsuz əməllərinin qarşısı alınmır heç bir tədbir görülmür. Buna görə çox narahatıq.

    Hazırda əkin-biçinin qızğın bir vaxtında suyun kəsiləməsi, mundarlanması, yolun bağlanması kəndlinin ölümə məhkum edilməsi deməkdir.
    Mərdan Camalov insanları saya salmır. Mən ona nə qədər ərizə yazmalıyam ki, baxsın tədbir görsün?!”

    Şikayətçi Sərdar Eyvazov sonda ölkə başçısı İlham Əliyevdən yazdığı şikayət ərizəsinə öz iştirakı ilə, yerində ararşdırılıb tədbir görülməsinə tapşırıq verməsini xahiş edir.

    Adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.
    Asiya.az


    Zərdabın əlil sakini İcra başçısından şikayət edir - FOTO
    Zərdabın əlil sakini İcra başçısından şikayət edir - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər