Saxta arayışlar satan şirkət rəhbəri ələ keçdi (FOTO)

Saxta arayışlar satan şirkət rəhbəri ələ keçdi (FOTO)
  • Kriminal

  • Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

    Asiya.az
    xəbər verir ki, DİN-dən verilən məlumata görə, keçirilmiş növbəti əməliyyat nəticəsində Ağcəbədi rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Oktay Quliyev xüsusi karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə rəhbəri olduğu AZİNTELLEKTSERVİS LTD və "TQİK-A” MMC-lərin saxta arayışlarının hər birini 100-200 manata satarkən saxlanılıb.

    Araşdırma zamanı müəyyən olunub ki, adıçəkilən şəxs xüsusi karantin rejiminin qaydalarını pozaraq, sərbəst hərəkət etmək üçün 10-a yaxın vətəndaşın saxta sənədlər əsasında "icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib. Bununla da Oktay Quliyev saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq, sərbəst hərəkət etməsinə şərait yaradıb. Saxlanılan şəxsə məxsus paytaxt ərazisində yerləşən ofisə baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhürlər və digər iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar olunaraq götürülüb.

    Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

    Saxta arayışlar satan şirkət rəhbəri ələ keçdi (FOTO)
    Saxta arayışlar satan şirkət rəhbəri ələ keçdi (FOTO)
    Saxta arayışlar satan şirkət rəhbəri ələ keçdi (FOTO)
    Saxta arayışlar satan şirkət rəhbəri ələ keçdi (FOTO)
    Saxta arayışlar satan şirkət rəhbəri ələ keçdi (FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər