Masallıda “Xoş gəldin Ramazan!” adlı xeyriyyə aksiyası keçirildi – VİDEO/FOTOLAR

Masallıda “Xoş gəldin Ramazan!” adlı xeyriyyə aksiyası keçirildi – VİDEO/FOTOLAR
  • Dünya / Sosial / Asiya TV

  • Bu gün Masallı rayonu Ərkivan qəsəbəsində “Ərkivan Xeyriyyə Cəmiyyəti” tərəfindən “Xoş gəldin Ramazan!” adlı xeyriyyə aksiyası keçirilib.

    Asiya.az
    xəbər verir ki, “Ərkivan Xeyriyyə Cəmiyyəti” müqəddəs Ramazan ayının gəlişi münasibətilə aztəminatlı ailələr üçün xeyriyyə aksiyası keçirib.
    Aksiya zamanı Ərkivan qəsəbəsinin bütün məhəllələri daxil olmaqla 60 aztəminatlı ailəyə ərzaq yardımı edilib.

    Ərzaq yardımlarını qəsəbədə fəaliyyət göstərən “GRAND Playstation Fastfood Cafe” kafesi, “Halal market”, “Cənub market“, “Ərkivan market”, “Qasım market”, “Qala market”, “Altun market” və adının ANONİM qalmasını istəyən başqa bir ərzaq mağazası “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nə ianə edib.

    İanə edilən ərzaq bağlamaları “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin könüllüləri tərəfindən aztəminatlı ailələrə evlərində çatdırılıb. Könüllülər bağlamaları təqdim edərkən sakinləri müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edib, onlara karantin rejminə əməl edərək evdə qalmalarını tövsiyyə ediblər.

    (Göstərilən yardımlar və aksiyanın hesabatı barədə “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin feyzbuk səhifəsində ətraflı tanış ola bilərsiniz)



    DİQQƏT! “Ərkivan Xeyriyyə Cəmiyyəti” etik səbəblərdən və reklam məqsədi güdmədiyindən aztəminatlı ailələri, onların evlərinin və həyətlərinin FOTO və VİDEO görüntülərini yayımlamır!

    Masallıda “Xoş gəldin Ramazan!” adlı xeyriyyə aksiyası keçirildi – VİDEO/FOTOLAR
    Masallıda “Xoş gəldin Ramazan!” adlı xeyriyyə aksiyası keçirildi – VİDEO/FOTOLAR
    Masallıda “Xoş gəldin Ramazan!” adlı xeyriyyə aksiyası keçirildi – VİDEO/FOTOLAR
    Masallıda “Xoş gəldin Ramazan!” adlı xeyriyyə aksiyası keçirildi – VİDEO/FOTOLAR
    Masallıda “Xoş gəldin Ramazan!” adlı xeyriyyə aksiyası keçirildi – VİDEO/FOTOLAR
    Masallıda “Xoş gəldin Ramazan!” adlı xeyriyyə aksiyası keçirildi – VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər