21-ci əsrdə doğulan insanlar 150 il yaşaya biləcək - İddia

21-ci əsrdə doğulan insanlar 150 il yaşaya biləcək - İddia
  • Maraqlı

  • 150 yaşına qədər yaşayacaq ilk insan artıq doğulub. İllinoys Universitetinin epidemiologiya və biostatistika üzrə professoru S.C.Olşanski ilə Birmingemdəki Alabama Universitetinin bioloqu Stiven Ostad bunun mübahisəsini aparır.

    Asiya.az
    xəbər verir ki, çoxdanın dostları olan iki elm adamı 2000-ci ildə mərc kəsib. Ostad iddia edirmiş ki, tezliklə insan ömrü 150 ilə çatacaq. Buna görə mərcə gəlib, hər biri investisiya hesabına 300 dollar qoyub. Hesablamaya görə, 2150-ci ildə ümumi məbləğ 1 milyard dollara çatacaq. Ostad deyir ki, məbləği onlardan sonrakı nəsillər alacaq.

    Olşanski insan ömrü ilə bağlı çox nikbin deyil. Onun fikrincə, bəzi istisnaları saymasaq, bəşər övladı uzağı 85-89 yaşaya bilər. Ostad isə deyir ki, biotibb elmində o qədər uğur olacaq, hüceyrə funksiyaları elə inkişaf edəcək ki, insanların 150 il yaşaması mümkünə çevriləcək. Bioloq XXI əsrdə doğulanların 100 yaşı asanlıqla aşacağını düşünür. Ostad siçanlar üzərində aparılan bir eksperimenti xatırladır. Siçanlara “Rapamitsin” veriləndən sonra onlar daha gec ölməyə başlamışdı.

    Ostad siçanlarla insanların genlərindəki yaxınlığın faizinin yüksək olmasını nəzərə çatdırır. Bioloq inanır ki, şəkərin dərmanı sayılan “Metformin” qocalığın da sürətini azalda bilər.

    Olşanski bildirir ki, insan ömrünün uzadılması haqda düşünmək çox əhəmiyyətsizdir. Onun fikrincə, insan hər şeydən əvvəl sağlam və xoşbəxt yaşamalıdır. Yəni illərin sayı vacib amil ola bilməz. Olşanski siçanlar üzərində eksperimentin insanlarla təcrübədə keçərli olmadığına əmindir: “O demək deyil ki, siçanlar daha gec ölübsə, insanlar da 80 yox, 160 il yaşayacaqlar. Bəzi xəstəliklərin qarşısının alınması hələ başqa xəstəliklərin yaranmayacağı anlamına gəlmir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər