Millət vəkili 100-dən artıq seçicisi ilə online şəkildə görüntülü danışdı

Millət vəkili 100-dən artıq seçicisi ilə online şəkildə görüntülü danışdı
  • Sosial

  • Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 4 gündə Tovuz rayonundan olan 100-dən artıq seçicisi ilə online şəkildə görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

    Müraciətlərin böyük bir hissəsi öz müsbət həllini tapıb. Qənirə Paşayeva bəzi seçicilərin müraciətləri ilə bağlı isə müvafiq qurumlara rəsmi müraciətlər göndərəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər