Afaq Bəşirqızı efidə söyüş söydüyü üçün ARB-nin fəaliyyəti dayandırılıb - VİDEO

Afaq Bəşirqızı efidə söyüş söydüyü üçün ARB-nin fəaliyyəti dayandırılıb - VİDEO
  • SƏNƏT, Manşet, Asiya TV

  • Afaq Bəşirqızı söyüş söydü, ARB fəaliyyətini dayandırdı...

    Milli Televiziya və Radio Şurası ARB televiziya kanalının efirində yayımlanan “Elgizlə izlə” verilişində əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya yayımlanmasına görə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.5.3-cü, 23.1-ci, 39.6-cı maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq ARB televiziya kanalının efirində 21 aprel 2020-ci il tarixdə proqramların yayımının 6 saatlıq müddətədək (saat 10:00-dan saat 16:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

    ARB televiziya kanalı, ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlamalıdır.

    Televiziya rəhəbrliyi tərəfindən sözügedən verilişin bağlandığı və aparıcı Elgiz Əkbərin işdən azad olunduğu iddia edilib. Elgiz Əkbər isə açıqlamasında deyilənlərin yalan olduğunu bildirib:"Mən bilmirəm, xəbərim yoxdur. İşdən çıxarıldığımı kim deyir? Kim yazıb onu? Mənim hələ heç nədən xəbərim yoxdur". (Redaktor.az)

    PAYLAŞ:

    Oxşar xəbərlər