Ata qızına seksual həvəs yaradan dərman verib onu dəfələrlə ZORLADI — AZƏRBAYCANDA

Ata qızına seksual həvəs yaradan dərman verib onu dəfələrlə ZORLADI — AZƏRBAYCANDA
  • Kriminal

  • İsmayıllı rayonunda ata 14 yaşlı doğma qızına qarşı dəfələrlə seksual xarakterli hərəkətlər edib.

    Asiya.az
    xəbər verir ki, 45 yaşlı Azər (şərti ad) qızı, 2005-ci il təvəllüdlü Ayselə (şərti ad) qarşı bu hərəkətləri 2019-cu ilin iyun ayından 2020-ci ilin mart ayına qədər edib.

    Hadisə rayonun kəndlərindən birində baş verib. Azər yaşadığı evin həyətində heç kimin olmamasından və azyaşlı oğlu ilə 76 yaşlı anasının yataq otağında yatmasından istifadə edərək qızına yaxınlaşıb.

    Məlumata görə, Azər həyat yoldaşı ilə 4 il əvvəl boşanıb. Anası isə uşaqlardan imtina edərək öz atası evində yaşayırmış, məhkəmə də uşaqların himayədarlığını ataya verib. Aprelin 17-də sonuncu hadisədən sonra Aysel anasına mesaj yazaraq atasının ona etdiklərini qeyd edib, daha sonra isə "qurban olum, ana, polisə demə. Yoxsa atam məni öldürər!", - deyə qeyd edib. Ananın şikayətindən sonra araşdırma aparılıb və hazırda iş İsmayıllı RPŞ-nin baş müstəntiqi Cəlal Abdullayevin icraatındadır.
    Faktla bağlı Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər; yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

    Hadisəni törətməkdə ittiham olunan 45 yaşlı Azər barəsində İsmayıllı rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər