Bu da təzə dərd: Koronavirusdan sağalan xəstələrin rəngi dəyişir - Foto

Bu da təzə dərd: Koronavirusdan sağalan xəstələrin rəngi dəyişir - Foto
  • Dünya / Maraqlı

  • Pandemiyanın başlanmasında ocaq rolunu oynamış Uhan şəhərində koronavirusdan sağalmış həkimlərin bədən rəngi dəyişməyə, daha tünd tonlara bürünməyə başlayıb.

    Virusa yaxalanan və 2 aylıq müalicənin ardından iki doktorun - Yi Fan və Hu Veifengin rəngləri dəyişməyə başlayıb. Həkimlərin ilkin versiyasına görə virus qaraciyərləri zədələyib.

    Bu da təzə dərd: Koronavirusdan sağalan xəstələrin rəngi dəyişir - Foto

    Doktor Hu Veifeng yaşadığı dəyişikliyi Çin mediasına danışarkən bildirib ki, 2 ay gərgin mübarizədən sonra virusa qalib gələ bilib və bu dövrdə qaraciyərləri müalicədən zərər görüb. “Şüurumu itirmişdim, tez- tez kabuslar görürdüm”,- deyən doktor əlavə edib ki, qaraciyərdə toplanmalı olan dəmir qan damarlarıma dolub. Ola bilər rəng dəyişimi bununla əlaqədardır.Bu sadəcə tənəffüs yolu xəstəliyi deyil Həyati orqanlarda da ciddi fəsadlar törədə bilir. Hətta travma sonrası stres pozuqluğu, psixoloji problemlərə də yol açır”,- deyə doktor öz təcrübəsini bölüşüb.

    Qeyd edək ki, bundan öncə dünya alimləri koronavirus xəstəliyinin ürək, beyin və qanın tərkibini zədələdiyini yazmışdılar. (Bizimyol.info)

    Bu da təzə dərd: Koronavirusdan sağalan xəstələrin rəngi dəyişir - Foto
    Bu da təzə dərd: Koronavirusdan sağalan xəstələrin rəngi dəyişir - Foto
    PAYLAŞ:

    Oxşar xəbərlər