“Ərkivan Xeyriyyə Cəmiyyəti” növbəti xeyriyyə aksiyasını keçirdi - FOTO

“Ərkivan Xeyriyyə Cəmiyyəti” növbəti xeyriyyə aksiyasını keçirdi - FOTO
  • Sosial / Manşet

  • 21 aprel 2020-ci il tarixində Masallı rayonu Ərkivan qəsəbəsində “Ərkivan Xeyriyyə Cəmiyyəti” növbəti xeyriyyə aksiyasını keçirib.

    “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin sədr müavini Elşən Hacızadə Asiya.az-a verdiyi açıqlamada bildirib ki, keçirilən aksiya 3 gün öncə icmamız tərəfindən keçirilən “Xoş gəldin Ramazan!” adlı aksiyanın davamıdır.

    Aksiya, qəsəbədə sosial problemlərin həllində hər zaman birlik göstərən, Cəfər Cabbarlı adına Ərkivan qəsəbə orta məktəbin (“Ağ məktəb”) 1978-ci il məzunlarının maddi dəstəyi ilə baş tutub.
    1978-ci il məzunlarının “Ərkivan Xeyriyyə Cəmiyyəti”nə təqdim etdikləri hazır ərzaq bağlamaları könüllülər tərəfindən qəsəbədə yaşayan 30 aztəminatlı ailəyə evlərində çatdırılıb.

    “Ərkivan Xeyriyyə Cəmiyyəti” növbəti xeyriyyə aksiyasını keçirdi - FOTO
    DİQQƏT! “Ərkivan Xeyriyyə Cəmiyyəti” etik səbəblərdən və reklam məqsədi güdmədiyindən ərzaq bağlaması verilən aztəminatı ailələri, onların evlərinin və həyətlərinin FOTO və VİDEO görüntülərini yayımlamır!
    PAYLAŞ:

    Oxşar xəbərlər