Mübariz Mənsimov azadlığa buraxılıbmı? - YENİLƏNİB

Mübariz Mənsimov azadlığa  buraxılıbmı? - YENİLƏNİB
  • Cəmiyyət / Manşet

  • "Mübariz Mənsimovun azadlığa buraxılması yaxud həbs qərarının ev həbsi ilə əvəz edilməsi barədə yayılan xəbərlər əsassızdır"

    Asiya.az
    xəbər verir ki, bu fikirləri sosial şəbəkədə "Palmali" Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva yazıb:

    "Bir daha xahiş edirik ki, bu həssas dönəmdə yalan xəbərlər yaymaqla insanların hissiyatı ilə oynamayın. Belə uydurmalara inanıb "Palmali" şirkətinə minlərlə insan zəng edir, qərargaha gəlirlər. Etməyin belə! Vurğulayıram ki, Mənsimovla bağlı son və doğru xəbərləri yalnız buradan ala bilərsiniz. Yalan məlumatlara inanmayın".

    15:41

    FETÖ əlaqələrinin olması səbəbi ilə həbs olunan məşhur iş adamı ilə bağlı qərar verilib.

    İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində həbs olunan “Palmali” Şirkətlər Qrupunun təsisçisi, azərbaycanlı iş adamı Mübariz Mənsimov azadlığa buraxılıb.

    Asiya.az
    xəbər verir ki, İxa.az-a bu barədə Türkiyədə yaşan soydaşlarımızdan biri məlumat verib.

    Onun sözlərinə görə, İstanbul Maliyyə Cinayətlərinə Qarşı Şöbə Müdirliyi tərəfindən həbs olunan Mübariz Mənsimov hazırda sərbəst buraxılıb. İş adamının həbsi ev dustaqlığı ilə əvəz edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər