Koronavirus dünyanı təmizləyir

Koronavirus dünyanı təmizləyir
  • Dünya

  • Koronavirus dünyanın normal həyatını pozsa da, faydası da var. “Bloomberg” bundan bəhs edib.
    İnformasiya agentliyi havanı təmizləyən qurğuların istehsalı sahəsində ixtisaslaşmış “IQAir” şirkətinin nəticələrinə əsaslanıb.

    Asiya.az
    xəbər verir ki, koronavirus dünyanı təmizləməyə başlayıb. “IQAir” böyük şəhərlərdəki vəziyyəti açıqlayaraq müsbət tendensiyanı önə çəkib. Dehlidə, Seulda, Los-Ancelesdə və Nyu-Yorkda hava xeyli təmizlənib.

    “IQAir” diqqəti daha çox Hindistan paytaxtına yönəldib. Dehlidə hava 60 faizə qədər təmizlənib. Hindistanın baş naziri Narenda Modinin 1,4 milyarda yaxın insan üçün sərt karantin rejiminin tətbiqini irəli sürməsi öz nəticəsini verib.

    Seulda 54 faiz təmizlənmə olub. Cənubi Koreya təkcə paytaxtda yox, başqa şəhərlərdə də bu istiqamətdə uğur əldə edə bilib. Ümumiyyətlə, Asiya ölkəsi koronavirusla mübarizədə də bacarığını ortaya qoya bilib.

    San-Pauluda 32, Los-Ancelesdə 31, Nyu-Yorkda 25, Madriddə 11, Londonda 9 faiz təmizlənmə qeydə alınıb. Amma bu şəhərlər koronavirusun episentri sayılan Vuhana çatmır. Çin şəhərində göstərici 44 faiz olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər