Azərbaycanlı ər-arvad koronavirusdan öldü, 3 və 5 yaşlı uşaqlar atasız-anasız qaldılar

Azərbaycanlı ər-arvad koronavirusdan öldü, 3 və 5 yaşlı uşaqlar atasız-anasız qaldılar
  • Olay

  • Rusiyanın paytaxtı Moskvada yaşayan azərbaycanlı ər-arvad koronavirusdan ölüb.

    Asiya.az baku.ws-a istinadən xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılova "İnstagram"ın canlı yayımında deyib.

    İfaçı lent.az-ın müxbiri ilə söhbətində bildirib ki, koronavirusa yoluxan gənc ailə vəfat edib. Beləliklə də, 3 və 5 yaşlı uşaqları valideynsiz qalıb. Hazırda azyaşlılar karantin altındadır. Onlara bir tibb bacısı nəzarət edir.

    Sərhədlər bağlı olduğundan mərhumların yaxınları Rusiyaya gedə bilmir.
    PAYLAŞ:

    Oxşar xəbərlər