Bu günün koronavirus statistikası: 44 nəfər yoluxdu, 1 nəfər vəfat etdi

Bu günün koronavirus statistikası: 44 nəfər yoluxdu, 1 nəfər vəfat etdi
  • Sosial, Manşet

  • Azərbaycan Respublikasında 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Asiya.az
    xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, arterial hipertenziya, aterosklerotik kardio skleroz, ürəyin işemik xəstəliyi olan 1935-ci il təvəllüdlü vətəndaş vəfat edib.
    Hazırkı dövrədək ölkəmizdə 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1013 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114.410 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər