Qənirə Paşayevanın çağırışı ilə daha 300-dən çox ailəyə yardım edildi

Qənirə Paşayevanın çağırışı ilə daha 300-dən çox ailəyə yardım edildi
  • Sosial

  • “Tovuzlu iş adamları və ziyalılar Tovuzda pandemiyadan zərər çəkmiş daha 300-dən çox ailəyə yardım göndərib”.

    Bu barədə Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Asiya.az-a danışarkən bildirib.

    “Tovuzlu iş adamlarına çağırışımızı dəstəkləyərək bizimlə birlikdə Tovuz rayonunda koronavirus pandemiyasi səbəbindən ailə vəziyyəti çətinləşən 300-dən çox ailəyə yardım göndərən dəyərli həmyerlilərimiz “Naiqin K Tovuz Baltiya” MMC-nin rəhbəri Naiq Məmmədhəsənova, Günel xanım Məmmədhəsənovaya, Tovuzlu iş adamları Məhəmməd Məhəmmədova və Teyyub (Peykan) bəyə, Loqos Psixoloji Nitq İnkişafı Mərkəzinin rəhbəri Təranə xanım Məmmədovaya təşəkkürümü bildirirəm. Bu günə qədər olduğu kimi bundan sonra da insanlarımıza dəstək olan hər bir xeyirxah təşəbbüsə dəstəyimizi əsirgəməyəcəyik. Eyni zamanda bu günə qədər Tovuzda pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrimizə dəstək olan hər bir insanımıza, qurum və təşkilatlarımıza dərin təşəkkürümü bildirirəm”.

    Qənirə xanım həmçinin bildirib ki,

    “Hər gün icra qurumlarımızla, onlarla sakinimizlə, pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrimizlə danışıram, online görüntülü müzakirə aparırıq və bütün gücümüzlə dəstək olmağa çalışırıq. İmkanları yaxşı olan bir sıra həmyerlilərimizə çağırış edərək onları çətin vəziyyətə düşən ailələrimizə dəstəklə bağlı daha da fəal olmağa, birbaşa sakinlərimizin özlərinə və ya rəsmi təşkilatlarımızın, icra qurumlarımızın nümayəndələri ilə birlikdə insanlarımıza bu yardımlarını çatdırmağa çağırırıq. Bir millət vəkili kimi və rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB olaraq da əlimizdən gələn dəstəyi insanlarımıza daha da çox etməyə çalışırıq.
    Pandemiya başlayan zamandan bu günə qədər hansı rayonumuza dəstək olmasından asılı olmayaraq pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımıza dəstək olaraq Dövlətimizin yanında olan bütün insanlara təşəkkür edirəm. Allah razı olsun!

    Heydər Əliyev Fondunun bu istiqamətdə fəal fəaliyyəti hamımız üçün ən gözəl örnəkdir! Cənab Prezidentimizə bütün dünyada ciddi böhran yaradan pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımız, ailələrə dəstəklə bağlı verdiyi sərəncamlara, tapşırıqlara, həyata keçirilən işlərə görə təşəkkürümüzü bildirməklə yanaşı hər bir imkanı çatan insan bu addımlardan örnək alaraq belə ailələrə dəstək göstərməklə Ali Baş Komandanımızın ətrafında Dövlətimiz və Xalqımız üçün birliyimizi daha da artırdığımızı nümayiş etdirir. Cənab Prezidentimizin də vurğuladığı kimi #Bizbirlikdəgüclüyük! “
    PAYLAŞ:

    Oxşar xəbərlər