Kim Çen In koma vəziyyətindədir - Qərb mətbuatı

Kim Çen In koma vəziyyətindədir - Qərb mətbuatı
  • Dünya / Manşet

  • KXDR lideri Kim Çen Inın səhhəti əvvəllər düşünüldüyündən daha ciddidir.

    Virtualaz.org bildirir ki, bu barədə "Fox News" Yaponiya mediasına istinadən xəbər yayıb.

    Yaponiyanın "Shukan Gendai" jurnalı iddia edir ki, aprel ayında hansısa kəndə baş çəkdikdən sonra Şimali Koreya liderinin sağlamlıq vəziyyəti ciddi şəkildə pisləşib. Bundan sonra o, stendinq proseduru keçirib və vegetativ vəziyyətdə (ayıq koma - baş beyin yarımkürəsinin, xüsusilə beyin qabığının bu və digər səbəblərdən zədələnməsi və ya funksiyasının pozulması nəticəsində vegetativ və hərəki reflekslər saxlanılmaqla mental özünüidarə aktivliyin mövcudsuzluğu ilə xarakterizə olunan hal - red.) olduğu ortaya çıxıb. Yaponiya mediası bu xəbəri Şimali Koreya liderini müalicə edən tibbi qrupdakı mənbəyə istinadən yaydığını bildirib.

    Xatırladaq ki, bundan əvvəl CNN Kim Çen Inın səhhətində ciddi pisləşmə olduğunu bildirmişdi. Cənubi Koreyadan isə təxminən eyni vaxtda bu xəbəri təkzib etdilər və bildirdilər ki, Koreya Xalq Demokratik Respublikasının lideri əvvəlki kimi öz vəzifələrini icra edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər