Azərbaycanlı tibb bacısı uşaqlarını da koronavirusa yoluxdurdu

Azərbaycanlı tibb bacısı uşaqlarını da koronavirusa yoluxdurdu
  • Dünya, Manşet

  • Niderlandda təxminən 12-13 min azərbaycanlı yaşayır. Çox az sayda soydaşımız koronavirusa yoluxub. Yoluxanların cəmi 2-si azərbaycanlı ailəsidir ki, onlar da xanımlardır”...

    Bunu Belçika-Niderland Koordinasiya Şurasının əlaqələndiricisi, “EuroAzNL” cəmiyyətinin sədri Emil Əliyev azərbaycanlıların vəziyyəti barədə danışarkən deyib.

    Emil Əliyev bildirib ki, xanımlardan birinin ailəsində yoluxma müşahidə olunsa da, digərində belə hal baş verməyib:

    “Sevindirici haldır ki, xanımlardan biri virusa yoluxsa da, özünü təcrid edə bilib və ailə üzvlərindən kimsə yoluxmayıb. Digər soydaşımız isə tibb işçisidir. Ancaq onun uşaqlarında da virus aşkarlanıb. Şükürlər olsun ki, soydaşlarımızın vəziyyəti yaxşılığa doğru gedir və xəstəliyin simptomları yavaş-yavaş yox olur. Xəstəliyə tutulan soydaşlarımız orta yaşlı xanımlardır”.

    Diaspor sədri Niderlanddakı vəziyyətdən də söz açıb:

    “Son bir həftədə Niderlandda gündəlik yoluxanların sayı azalıb. Əvvəllər günə 1000 nəfər düşürdüsə, son günlər 600-700 arası yoluxma olur. Bu da onun nəticəsidir ki, insanlar özünü izolyasiya edir. Ancaq burada yaşayan insanlar tibbi maska taxmır. Bu da dövlət tərəfindən qoyulan qaydadır ki, ancaq xəstə olan insanlar maska taxa bilər. Eyni zamanda, xəstələrin evdən çölə çıxmaması barədə göstəriş var. Əks halda, yüksək cərimələnirlər. Məsafə saxlamayan insanlar isə 400 avro cərimə olunur”. (Modern.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər