Masallıda “Evdə qal, kitab oxu” aksiyası

Masallıda “Evdə qal, kitab oxu” aksiyası
  • Sosial / Manşet

  • Arzu Bağırovanın rəhbərlik etdiyi Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən (RHiM İB) “Evdə qal, kitab oxu” aksiyası çərçivəsində Masallı rayonunda yaşayan daha 50-dən çox gəncə kitablar, o cümlədən koronavirus pandemiyasından qorunmaq məqsədilə tibbi gigiyenik ləvazimatlar hədiyyə olaraq göndərilib.

    Asiya.az
    xəbər verir ki, Aksiya çərçivəsində göndərilən kitablar gənclərin evdə qaldıqları bu həssas dönəmdə dünyagörüşlərini daha da zənginləşdirmək, zamanlarını daha da səmərəli keçirmək məqsədi daşıyır. Kitablar Azərbaycan tarixini, qəhrəmanlığını özündə əks etdirən romanları, tanınmış yazarların əsərlərini əhatə edir.

    Qeyd edək ki, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi tərəfindən bundan əvvəl də Masallıda yaşayan gənclərə tibbi gigiyenik vasitələr və mütaliə üçün müxtəlif məzmunlu kitablar göndərilmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər