"Bu çətin sınaqdan çıxacağımıza inanırıq" - Qənirə Paşayeva

  • Sosial

  • "Koronavirus pendemiyası səbəbindən Tovuzda ailə vəziyyəti çətinləşən 1400-dən çox ailəmizə dəstək olan başda ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla Heydər Əliyev Fonduna və “Regional İnkişaf” İctimai Birliyinə, dərin təşəkkürümü bildirirəm. Bu yardımların insanlarımıza çatdırılmasında böyük əməyi olan “Regional İnkişaf” İctimai Birliyinin bütün kollektivinə dərin təşəkkürümü bildirirəm".

    Asiya.az
    xəbər verir ki, bu sözləri Millət vəkili Qənirə Paşayeva öz şəxsi feyzbuk hesabında yazıb.

    "Heydər Əliyev Fondu koronavirus pandemiyası səbəbindən artıq 200 mindən çox çətin vəziyyətdə olan ailəyə dəstək olub və onlar bu fəaliyyətləri ilə bütün cəmiyyətimiz, hər birimiz üçün gözəl bir xeyirxahlıq örnəyi missiyasını həyata keçirirlər. Onların bu fəaliyyəti imkanı çatan hər bir insanımız üçün gözəl bir örnəkdir ki, belə anlarda hamımız daha da çox çətin durumda olan insanlarımızın yanında olmalıyıq. Bu duyğularla çətin vəziyyətə düşən insanlarımıza dəstək olan hər kəsə təşəkkürümü bildirirəm.

    Cənab Prezidentimizin də vurğuladığı kimi “Biz birlikdə güclüyük”. Koronavirus pandemiyası dövründə dövlət-xalq birliyi cənab Prezidentimizin rəhbərliyi altında xalqımızın birliyinin daha da güclənməsi, koronavirusa qarşı mübarizə istiqamətində Azərbaycanın dövlətinin atdığı addımlar bəzi ölkələrdə tanınmış şəxslər, media nümayəndələri, bir sıra KİV tərəfindən də xüsusi vurğulanır. İnşAllah dövlətimizin ətrafında birliyimizi daha da gücləndirərək dünyada böyük böhranlara səbəb olan bu pandemiyaya qarşı mübarizədə bu çətin sınaqdan çıxacağımıza inanırıq.

    Bir az əvvəl Heydər Əliyev Fondunun rəhbərliyinə və RİİB-ə bu nəcib və xeyirxah işlərə görə, öz adımdan və seçicilərim adından dərin təşəkkürümü bildirdim. Bu təşəkkürümü buradan da bir daha vurğulamağı özümə mənəvi borc bildim. Çünki hər bir xeyirxah işin qeyd edilməsi insanlarda bu duyğuların daha da güclənməsinə, həmrəyliyimizin daha da möhkəmlənməsinə böyük stimuldur".
    PAYLAŞ:

    Oxşar xəbərlər