Sahibkara ayrılan dövlət yardımını bank vermədi – MASALLIDA (FOTO)

Sahibkara ayrılan dövlət yardımını bank vermədi – MASALLIDA (FOTO)
  • Araşdırma / İqtisadiyyat

  • Ölkə başçısı İlham Əliyev pandemiya dövründə vətəndaşlara diqqət və qayğı nümayiş etdirir. Lakin ölkədə elə banklar var ki, onlar ölkə başçısından fərqli mövqe tuturlar, vətəndaşlara qarşı özbaşınalıq edirlər. Belə banklardan biri də adı tez-tez mətbuatda mənfi mənada hallanan “Bank Respublika”dır.

    "Asiya.az"
    xəbər portalına müraciət edən Masallı şəhər sakini İbrahimova Sifeyra Məmməd qızı da “Bank Respublika”dan şikayət edənlərdən biridir.

    Masallı şəhərində sahibkarlıq fəaliyyətilə məşğul olan Sifeyra xanımın bildirdiyinə görə o artıq bir neçə ildir ki, “Bank Respublika”nın Masallı rayon filialından götürdüyü kreditə görə hər ay həmin banka pul ödəyib. Lakin hal-hazırda ölkədə xüsusu karantin rejiminin tədbiqi ilə bağlı çoxları kimi onun da iş fəaliyyəti dayandığı üçün o mart, aprel aylarında kredit borcumu ödəyə bilməyib.

    Vergi ödəyicisi olduğu üçün Vergilər Nazirliyi prezidentin məlum sərəncamına əsasən işləməyən sahibkarlara dəymiş zərərə yardım məqsədi ilə onun hesabına da 250 manat vəsait köçürüb. Ancaq əmin pulu 22 aprel 2020-ci il tarixində həmin pulu “Bank Respublika”-nın Masallı Rayon filialından almaq üçün banka getdikdə maraqlı vəziyyətlə qarşılaşıb. Belə ki, bankdan ona bildiriblər ki, həmin pul onun gecikmiş kredit borcuna ödənilib.

    Sahibkara ayrılan dövlət yardımını bank vermədi – MASALLIDA (FOTO)
    Sifeyra İbrahimova

    Sifeyra İbrahimova dövlət tərəfindən ona ayrılan pulun kredit borcuna ödənilməsinə etiraz etsə də həmin pulu ona verməyiblər. Əməkdaşımız məsələ ilə bağlı “Bank Respublika”nın qaynar xəttinə zəng edərək məsələni aydınlaşdırmağa çalışıb. Bankın qaynar xəttindən bildirdilər ki, “həmin pul kreditinizə ödənilə bilməz, araşdırıb, sizinlə əlaqə saxlayacağıq”. Bir neçə saatdan sonra isə zəng edib, deyiblər ki, “vətəndaş öz istəyi ilə ərizə yazıb, sənədin altına imza ataraq həmin pulun banka olan kredit borcunun ödənilməsinə razılıq verib”.

    Biz saytımızda işıqlandırmaq məqsədilə həmin sənədin surətini istəsək də bank bu sənədi verməkdən imtina etdi ki, bu da bankın açıqlamasının növbəti yalan olmasını göstərir.
    PAYLAŞ:

    Oxşar xəbərlər