Gürcüstan Prezidenti Saakaşvili ilə bağlı Ukraynaya müraciət etdi

Gürcüstan Prezidenti Saakaşvili ilə bağlı Ukraynaya müraciət etdi
  • Dünya / Manşet

  • Gürcüstan Prezidenti Salome Zurabişvili Mixail Saakaşviliyə Ukrayna Nazirlər Kabinetində mümkün vəzifə verilməsindən narahat olduğunu bildirib...

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Zurabişvilinin bununla bağlı bəyanatı Gürcüstan Prezidentinin saytında yerləşdirilib.

    O, Gürcüstanla Ukraynanın əməkdaşlığının və səylərinin ümumi maraqlara əsaslandığını bildirib: “Dövlət başçısı kimi yaxşı anlayıram ki, digər ölkənin daxili işlərinə və kadr siyasətinə müdaxilə yolverilməzdir, amma həm də dövlət vəzifəsini təkcə Gürcüstan Məhkəmə Hakimiyyəti tərəfindən yox, eləcə də Avropa İnsan Haqları Məhkəməsi tərəfindən təsdiqlənmiş cinayət fəaliyyətləri olan şəxsə verilməsi qəbuledilməz və anlaşılmazdır. Onun ağır korrupsion cinayətlərdə ittiham olunmasından danışmağa belə dəyməz. Bir nəfər nə qədər vacib olmalıdır ki, onun ucbatından dövlətlər arasındakı uzunmüddətli münasibətləri təhdid altında qoyasan və cəmiyyətlərimizi təhqir edəsən. Mən bunu təsəvvür edə bilmirəm”.

    Zurabişvili həmçinin iki qardaş xalqın keçmişi, indisi və gələcəyinin şübhə altına qoyulmayacağına ümid etdiyini deyib.

    Qeyd edək ki, Ali Radada dəstəklənmədiyi üçün Ukrayna Nazirlər Kabineti Saakaşvilinin baş nazirin müavini təyinatı ilə bağlı təqdimatını geri götürüb. Əvəzində isə Saakaşviliyə Milli İslahatlar Şurasına qoşulmaq təklif edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər