Şəhid xanımı Sabunçu İcra Hakimiyyətinin yalanını üzə çıxartdı - AÇIQLAMA - FOTOLAR

Şəhid xanımı Sabunçu İcra Hakimiyyətinin yalanını üzə çıxartdı - AÇIQLAMA - FOTOLAR
  • Sosial / Araşdırma

  • Sabunçu Rayon İcra Hakimiyyəti şəhid xanımı Safura Şərbətovanın şikayəti ilə bağlı məlumat açıqlayıb.

    Asiya.az xəbər verir ki, bu barədə Rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib ki, Safura Şərbətovanın və digər şəhid ailələrinin problemləri daim diqqətdə olub: "Belə ki, sosial şəbəkələrdə Zabrat qəsəbəsində yaşayan Şərbətova Safura Əmiraslan qızı ilə bağlı gedən məlumatlar Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılıb. S.Şərbətovanın dediyinə görə o, Nizami rayonu ərazisində yerləşən mənzilini satıb, övladları ilə birgə Zabrat qəsəbəsinə köçüb, burada qeydiyyatsız yaşayırlar. S.Şərbətovanın özü 2013-cü ilin dekabr ayında Sabunçu RPİ-nin inzibati binasında pasport qeydiyyatına alınıb. Safura Şərbətova dəfələrlə Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olub və ona müraciət etdiyi müxtəlif məsələlərlə bağli köməkliklər göstərilib. Belə ki, Sabunçu rayon İcra Hakimiyyəti başıçısının sərəncamına əsasən S.Şərbətova şəhid ailəsi kimi 04.03.2014-ci il tarixində mənzil növbəsinə götürülüb, onun yaşadığı mənzilin təmiri ilə bağlı İcra Hakimiyyəti tərəfindən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət olunub. Həmçinin, növbədən kənar (yaşayış şəraitini nəzərə alaraq) mənzillə təmin olunması ilə bağlı 2019-cu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciət edilib".

    Sabunçu RİH-in mövqeyi saytlarda dərc edildikdən sonra S.Şərbətova saytımıza müraciət edərək qurumun yalan danışdığını bildirdi. O, Sabunçu RİH-in heç nə etməyə-etməyə bu cür yalan açıqlama verməsindən təəssüfləndiyini deyib: "Bəlkə də qorxularından deyiblər ki, etmişik. Amma bu, əməlli-başlı şər-böhtandır. İllərlə hər həftənin 5-ci günü qəbula getmişəm, amma heç bir reaksiya olmayıb. Keşlədə yaşamışıq, amma nə özümün, nə şəhid yoldaşımın adına heç bir daşınmaz əmlak olmayıb. Çəkilişlər də olub mənim evimdə, mediada işıqlandırılb vəziyyətim. Sabunçu RİH-dən heç bir hərəkət olmayıb. Ümumiyyətlə, bizə dövlətdən hər hansı yardım edilməyib. Biz o qədər pis adam olduq ki, ediləni dandıq? Hazırda bizə könüllü olaraq kömək edən, evimizi təmir edən insanların Allah köməyi olsun".(afn.az)

    S.Şərbətovanın hazırda yaşadığı mənzilin fotolarını təqdim edirik:
    Şəhid xanımı Sabunçu İcra Hakimiyyətinin yalanını üzə çıxartdı - AÇIQLAMA - FOTOLAR
    Şəhid xanımı Sabunçu İcra Hakimiyyətinin yalanını üzə çıxartdı - AÇIQLAMA - FOTOLAR
    Şəhid xanımı Sabunçu İcra Hakimiyyətinin yalanını üzə çıxartdı - AÇIQLAMA - FOTOLAR
    Şəhid xanımı Sabunçu İcra Hakimiyyətinin yalanını üzə çıxartdı - AÇIQLAMA - FOTOLAR
    Şəhid xanımı Sabunçu İcra Hakimiyyətinin yalanını üzə çıxartdı - AÇIQLAMA - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər