Sovet vaxtının “Jiquli”si mənzil qiymətinə satılır - FOTOLAR

Sovet vaxtının “Jiquli”si mənzil qiymətinə satılır - FOTOLAR
  • Maraqlı

  • Almaniyanın avtomobil satışı ilə məşğul olan saytlarından birində “Jiquli” elanı xüsusi diqqət çəkib.
    Sovet vaxtının “05”-nə az qala mənzil qiyməti qoyulub.

    Asiya.az
    xəbər verir ki, 1984-cü ilin “Jiquli”si 40 min avroya satılır. Əlbəttə, yetərincə yüksək qiymətdir. Amma bir iş var ki, avtomobilə ralli yarışları üçün əl gəzdirilib, müəyyən dəyişiklik edilib. Maşının dözümlülük qabiliyyəti artırılıb.

    “Lada 2105” rahatca ralli yarışlarında iştirak edə bilər. Məlumat bölümündə avtomobilin indiyə qədər cəmi 300 kilometr qət etdiyi bildirilir.

    Bir müddət əvvəl Avropada “Lada Vesta” baha qiymətə satışa çıxarılmışdı. Həmin avtomobili 60 min avroya satırdılar.

    SSRİ-də “VAZ-2105” adlanan avtomobilin istehsalına 1979-cu ildə başlanılmışdı. Bu maşın saatda maksimum 150 kilometr yol gedə bilərdi. 2010-cu ildən avtomobilin istehsalı dayandırılıb.

    Sovet vaxtının “Jiquli”si mənzil qiymətinə satılır - FOTOLAR
    Sovet vaxtının “Jiquli”si mənzil qiymətinə satılır - FOTOLAR
    Sovet vaxtının “Jiquli”si mənzil qiymətinə satılır - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər