Məhbuslar arasında koronavirusa yoluxma varmı? - RƏSMİ

Məhbuslar arasında koronavirusa yoluxma varmı? - RƏSMİ
  • Cəmiyyət, Manşet

  • "Cəzaçəkmə müəssisələrində məhbuslar koronavirusa görə test ediliblər”.

    Asiya.az
    xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin keçirdiyi videokonfransda nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova məlumat verib.

    A.Sabitova bildirib ki, koronavirus infeksiyası ilə mübarizə çərçivəsində cəzaçəkmə müəssisələrində ciddi nəzarət həyata keçirilir:

    "Cəzaçəkmə müəssisələrində məhkumlar koronavirusa görə test edilir. Belə ki, testlər hərarəti yüksək olan məhbuslara edilib və onlar önləm məqsədilə nəzarətə götürülüblər. Bu bütün məhbuslara tətbiq edilməyib. Lakin qeyd edim ki, bu günə qədər məhbuslardan götürülən nümunələrdən heç birində koronavirus aşkar edilməyib”.
    PAYLAŞ:

    Oxşar xəbərlər