Ata Abdullayev döyüldü

Ata Abdullayev döyüldü
  • Olay

  • Özünü videobloger kimi təqdim edən Ata Abdullayev dünən gecə saatlarında paytaxtın Füzuli küçəsində çəkiliş aparıb.

    Asiya.az
    xəbər verir ki, yolun kənarında qəza etmiş iki avtomobil var. Ata Abdullayev çəkilişlə əraziyə yaxınlaşıb kiməsə zəng edir. Qəza olduğunu və gəlməsini istəyir. Ardınca isə bunu avtoxuliqanlıq adlandırır. Ata Abdullayevin avtomobilinə yaxınlaşan gənclər çəkilişə etiraz edirlər. Ata Abdullayev isə ərazisindən uzaqlaşır. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək avtoxuliqanlıq edən şəxslərin ona hücum etdiyini bildirir.
    PAYLAŞ:

    Oxşar xəbərlər