“Əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara alkaqollu içkilər, siqaret satılır” – Qənirə Paşayeva (VİDEO)

“Əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara alkaqollu içkilər, siqaret satılır” – Qənirə Paşayeva (VİDEO)
  • Siyasət / Manşet / Asiya TV

  • Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə 18 yaşına çatmayan uşaqlarla bağlı bəzi vacib qanunlara əməl edilmədiyini deyib və qurumları bu məsələyə ciddi diqqət ayırmağa çağırıb.

    Asiya.az
    xəbər verir ki, uşaq hüquqları haqqında qanuna edilən dəyişikliklər barədə danışan Qənirə Paşayeva alkoqollu, energetik içkilərin və tütün məmulatlarının 18 yaşına çatmamış şəxslərə satılmasının düzgün olmadığını vurğulayıb. Alkoqollu içkilərin və tütün məmulatlarının 18 yaşına çatmayan uşaqlara satılmasının qadağan olunması barədə qanunun olmasına baxmayaraq buna əməl olunmadığını bildirən Q.Paşayeva həmin məsələ ilə bağlı müvafiq qurumlarla sözügedən qanunun və ya maddələrin işləməsi üçün ciddi müzakirələrə ehtiyac olduğunu deyib:

    "Qanunla qadağan olunsa da bu gün əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara alkaqollu içkilər, siqaret satılır, məktəbə yaxın yerlərdə tütün məhsulları satılır və onların geniş reklamı gedir, qapalı yerlərdə, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması haqqında qanun demək olar ki, əksər yerlərdə işləmir. Ona görə də qanuna nəzarət edən qurumlarla müzakirələr aparılmalı və qəbul olunan qanunlar həyata keçirilməlidir".

    PAYLAŞ:

    Oxşar xəbərlər