Həbs olunan İcra başçısının varidatı - FERMA, ƏKİN SAHƏLƏRİ, RESTORAN, EVLƏR VƏ OTEL

Həbs olunan İcra başçısının varidatı - FERMA, ƏKİN SAHƏLƏRİ, RESTORAN, EVLƏR VƏ OTEL
  • Cəmiyyət / Manşet

  • İki gün əvvəl DTX-nın həbs etdiyi Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevlə bağlı maraqlı məlumatlar ortaya çıxıb.

    Asiya.az
    Jamaz.info-ya istinadən xəbər verir ki, həmin məlumatlarda keçmiş icra başçısının mülklərindən və biznesindən bəhs olunur.

    Məlumatda deyilir ki, Mahir Quliyev icra başçısı olmaqla yanaşı, həm də ticarət və fermer təsərrüfatı ilə məşğul olurmuş. Belə ki, onun Gəncə, Lənkəran və Bakı şəhərlərində çoxlu sayda evləri, Astara rayonunda bir neçə hektar naringi və portağal bağları, habelə Neftçala ərazisində qoyun ferması, Biləsuvar rayonunda isə 100 hektar əkin sahəsi varmış. Araşdırmalar zamanı məlum olub ki, həmin gəlir sahələri sabiq başçının yaxınlarının adına sənədləşdirilib.

    Bildirilir ki, Mahir Quliyevin Bakıda restoranı, rayonlardan birində isə hoteli də fəaliyyət göstərir. Maraqlı məqamlardan biri də odur ki, Mahir Quliyev digər icra başçılarından fərqli olaraq, xaricdə mülk və biznesə maraq göstərməyib.

    O da güman edilir ki, istintaq bitdikdən sonra məhkəmənin qərarı ilə sözügedən mülk və obyektlər dövlət nəfinə müsadirə olunacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər