Masallı Elektrik Şəbəkəsi sahibkarlara qan uddurur - VİDEO

Masallı Elektrik Şəbəkəsi sahibkarlara qan uddurur - VİDEO
  • Sosial / Araşdırma / Asiya TV

  • Ölkədə karantin rejimi davam edir və bu səbəbdən hökumət əhaliyə və sahibkarlara həm güzəşt tətbiq edir, həm də onlara yardım göstərir. Amma hökumətin bu səylərinə rəğmən, Masallı Elektrik Şəbəkəsi tam tərsini etməyi hədəfləyib.

    Asiya.az
    xəbər verir ki, Masallı Elektrik Şəbəkəsinin rəisi Namis Məhərrəmovun tapşırığı, həmin idarənin balans şöbəsinin rəisi Famil Yaqubovun göstərişilə Masallı rayonu ərazisində karantin rejminə görə işləyə bilməyib, elektrik enerjisinə borcu olan bir neçə iaşə və ticarət obyektinin elektrik naqili kəsilib.

    Həmin şəxslərdən biri də Anar Əhmədovdur. Masallının Ərkivan qəsəbəsində “Cənub market”in sahibi olan Anar Əhmədov bildirib ki, karantin rejminə görə 2 aydır ki, alveri yaxşı getmir. Bu səbəbdən də elektrik enerjisinə olan borcunu ödəyə bilməyib.

    Masallı Elektrik Şəbəkəsi sahibkarlara qan uddurur - VİDEO
    Anar Əhmədov

    "Masallı Rayon Elektrik Şəbəkəsinin işçiləri heç bir əsas, Məhkəmə qərarı olmadan marketin elektrik xətti kəsdilər".

    Masallı rayonunda sahibkarlar üçün yaradılmış çətinliklər təkcə, Anar Əhmədovla yekunlaşmır. Belə ki, rayonundan olan bir qrup sahibkar karantin rejmi bitdikdən sonra Masallı Rayon Elektrik Şəbəkəsinin özbaşınalığı ilə əlaqədar, həm Energetika Nazirliyinə, həm də "Azərenerji"yə şikayətə gedəcəklərini bildiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər