Millət vəkilinin təklif etdiyi dəyişiklər qəbul edildi - VİDEO

Millət vəkilinin təklif etdiyi dəyişiklər qəbul edildi - VİDEO
  • SƏNƏT, Asiya TV

  • "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanunlarda önəmli dəyişikliklər edilib.

    Asiya.az
    xəbər verir ki, Milli Məclisin plenar iclasının gündəliyində duran məsələlərdən biri də "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Azərbaycan Respublikasının dövlət dili haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi olmuşdur. Bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışında bildirib ki, təqdim olunan qanuna edilən dəyişiklərin "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2019-cu il 5 mart tarixli 1523 -VQD nömrəli qanunun tətbiqinə uyğunlaşdırma məqsədi daşıyır. Təklif olunan dəyşiklik ondan ibarətdir ki, "Reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər. Yəni Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qoruması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin razılığı ilə reklam qurğuları təklif olunan ərazilərdə və yerlərdə yerləşdirilə bilər.

    Qənirə Paşayeva çıxışında vacib bir məqamı da qeyd edərək bildirib ki, bu dəyişiklik Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının "İçərişəhər " Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarına şamil olunmur və bu qoruqlar Mədəniyyət Nazirliyinin Əsasnaməsində istisna olaraq qeyd olunmuşdur.

    Təklif olunan ikinci dəyişiklik "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanununun 7.1.1 maddəsinə aiddir. Dəyişiklikdə deyilir: Reklamvericinin tələbinə əsasən reklem qurğularında yerləşdirilən reklam mətnində Azərbaycan Respublikasının dövlət dili yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icar hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir.
    Komitə sədri bildirib ki, bu qanuna edilən dəyişikliklə dövlət dilimizin reklam daşıyıcılarında dil normalarının və statusunun qorunmasını təmin etmiş oluruq.

    Təklif olunan dəyişiklər ikinci oxunuşda qəbul edilmişdir.

    PAYLAŞ:

    Oxşar xəbərlər